ABŞ-ın “Qızıl Qübbə” layihəsi rekord xərc yaradır
ABŞ Konqresinin Büdcə Ofisinin araşdırmasına əsaslanan təhlil Vaşinqtonun planlaşdırdığı “Qızıl Qübbə” hava və raketdən müdafiə sisteminin son dərəcə bahalı olacağını göstərib.
Hesabata görə, sistemin kosmos təbəqəsinin işləməsi üçün ABŞ-ın orbitə təxminən 7800 peyk yerləşdirməsi lazım olacaq. Bu şəbəkənin yalnız məhdud sayda – eyni anda buraxılan 10 raketi zərərsizləşdirmək üçün nəzərdə tutulduğu vurğulanır.













