27 April 2026

SEPAH Hörmüz boğazında İsraillə əlaqəli iki gəmini saxlayıb

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki gəmini saxlayıb.

Bu barədə İRNA məlumat yayıb.

Qeyd olunub ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri boğazda monitorinq sistemlərindən istifadə edərək qaydaları pozan İsraillə əlaqəli "MSC Francesca" və "Epaminondas" gəmilərini müəyyən edərək saxlayıb.

Rusiya Ukraynaya dron zərbələri endirib, 2 nəfər ölüb, 17 yaralı var

Rusiya ordusu aprelin 27-nə keçən gecə Ukraynanın Odessa şəhərinə növbəti kütləvi dron hücumu edib.

Bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

Hücum nəticəsində çoxmərtəbəli yaşayış binaları, hotel, nəqliyyat vasitələri və şəhər mərkəzindəki digər obyektlər zədələnib.

Livan müqaviməti İsrailə görünməmiş hücum həyata keçirdi

Livan Hizbullahı İsrailə qarşı görünməmiş bir əməliyyat həyata keçirib.

Belə ki, saat 09:40-da Cənubi Livanda sərhəddə yerləşən Tayyibə qəsəbəsində İsrail əsgərlərinin cəmləşdiyi ərazi pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alınıb. Bu hücumdan sonra bölgədə hərbi əməliyyatın xarakterini müəyyən edən əsas məqam yaşanıb: İsrail ordusunun yaralıları çıxarmaq üçün göndərdiyi təxliyyə qrupu bölgəyə çatdıqda, Hizbullah tərəfindən ikinci bir PUA zərbəsi endirilib.

İsraildə siyasi gərginlik: Bennet və Lapid Netanyahuya qarşı birləşdi

İsrailin keçmiş baş nazirləri Naftali Bennett və Yair Lapid qüvvələrini birləşdirərək yeni siyasi blok yaradıb.

 “Bennet 2026” və Yesh Atid partiyalarının birləşməsi ilə “Birlikdə” adlı alyans elan olunub və rəhbərlik Bennetə verilib.

Yeni ittifaqın əsas məqsədi hazırkı baş nazir Benyamin Netanyahu və onun hökumətini hakimiyyətdən uzaqlaşdırmaqdır.

"Hizbullah" lideri İsraillə danışıqları dayandırmağa çağırdı

"Hizbullah" hərəkatının baş katibi Şeyx Naim Qasim Livan hökumətini İsrail ilə birbaşa danışıqlara son qoymağa çağırıb.

O, bu barədə bəyanat yayıb.

Qasim vurğulayıb ki, Livan hökumətinin məsuliyyəti İsrail ilə birbaşa danışıqları dayandırmaqdır.

"Hakimiyyət milli maraqları birinci yerə qoymalı və Hizbullah döyüşçülərini qanunsuz elan edən 2 mart tarixli rüsvayçı qərarı ləğv etməlidir", - bəyanatda qeyd olunub.