İsrail Livanın cənubuna zərbələr endirib
İsrail ordusu Livanın cənubunda “Hizbullah”a məxsus hədəflərə zərbə endirib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Zərbələrlə Radvan xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hədəfləri, eləcə də Livanın cənubundakı bir neçə silah anbarını hədəf alınıb.













