20 April 2026

8 təşkilat Sadıqovun deportasiyası ilə bağlı Avropa Şurasının baş katibinə müraciət edib

Səkkiz insan haqları təşkilatı jurnalist Əfqan Sadıqovla bağlı Avropa Şurasının baş katibi Alen Bersetə müraciət edib. Onlar maraciət vasitəsi ilə jurnalistin Gürcüstandan Azərbaycana deportasiyası ilə bağlı təcili tədbirlər görülməsini tələb ediblər.

Müraciətçilər Avropa İnsan Hüquqları Konvensiyasının 52-ci maddəsinin tətbiq olunmasını, Gürcüstanın Sadıqov işi üzrə hərəkətlərinə dair müstəqil araşdırma aparılmasını və Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin edilməsini istəyiblər.

Əl-Əzhərdən İsrailə: Tarixi təhrif etmək həqiqəti dəyişdirmir

Əl-Əzhər İsrailin İbrahimi məscidindəki hərəkətlərini tənqid edərək, bayraqların asılmasının və Davud ulduzunun qoyulmasının onun İslam kimliyini dəyişdirməyəcəyini bildirib.

Əl-Əzhər bazar günü gecəsi "işğalçı qüvvələrin Xevrondakı İbrahimi məscidinə qarşı qanun pozuntularını; bu tarixi məkanın Davud ulduzu ilə işıqlandırılmasını, divarlarına işğalçı rejim bayraqlarının asılmasını və Yaqubun məzarına Talmud və siyasi ifadələr olan örtüyün qoyulmasını" qınayan bir bəyanat yayıb.

Livanda 16 İsrail hərbçisi öldürülüb - son 24 saatda üçüncü hərbçi intihar edib

İsrail ordusu Livanın cənubunda itkilərinin sayını ciddi şəkildə senzura edərək iddia edib ki, Livanda hərbi əməliyyatların başlanmasından indiyədək 16 hərbçi öldürülüb, 690 nəfər yaralanıb.

Sionist rejimin ordusu həmçinin bildirib ki, son 24 saat ərzində bu rejimin 37 hərbçisi Livanın cənubunda yaralanıb.

Dugin Türkiyəni regional ittifaqlar yaratmağa çağırır

Rusiyalı strateq Dugin, ABŞ və İsrailin İrandan sonra hədəfinin Türkiyə olduğunu bildirərək, "Türkiyə öz suverenliyini gücləndirmək üzərində işləməlidir" deyib. O, ABŞ-ın Türkiyədə güc planlarının olduğunu bildirib.

Qlobaldan Yerli Türkiyə Qrupu İstanbulda "Böyük Hesablaşma: Sivilizasiyalar, Güc və Gələcək" adlı panel təşkil edib. AK Partiyanın keçmiş millət vəkili Metin Külünkün moderatorluğu ilə keçirilən paneldə rusiyalı strateq Aleksandr Dugin də iştirak edib və o, iştirakçıların suallarını cavablandırıb.

Türkiyə müxalifəti Tomas Barrakın arzuolunmaz şəxs elan edilməsini tələb edib

Türkiyə müxalifəti ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrakın Antalya Diplomatik Forumundakı çıxışlarından sonra onun arzuolunmaz şəxs elan edilməsini tələb edib.

Bu barədə "Aydınlık" qəzeti  yazıb.

Nəşrin məlumatına görə, səfirin monarxiyaların Yaxın Şərqdə güclü bir idarəedici qüvvə kimi effektivliyi barədə şərhləri kəskin reaksiya doğurub.