21 March 2026

Hidayət Heydərov “Böyük Dəbilqə”də bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

O, üçüncü yer uğrunda qarşılaşmada İspaniyanı təmsil edən Anton Şuxaliyevə qalib gəlib.

Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.

KİV: ABŞ Natanz nüvə obyektinə bunker əleyhinə bomba atıb

Bu gün səhər ABŞ Natanz nüvə obyektinə bunker əleyhinə bomba ilə zərbə endirib.

Bu barədə “Kan” mənbələrinə istinadən məlumat yayıb.

İsrail Hərbi Havva Qüvvələrinin bu hücumda iştirak etmədiyi qeyd olunub.

Xatırladaq ki, 2025-ci ilin iyununda İsrail və İran arasında 12 günlük müharibə zamanı ABŞ Natanz nüvə obyektinə bunker əleyhinə bombalarla zərbə endirib.

Bu gün Gürcüstan məscidlərində Fitr bayramı namazı qılınıb

Gürcüstanda Marneuli şəhərində yerləşən İmam Əli (ə) məscidində bu gün səhər saat 08:30-da Ramazan bayramı münasibətilə izdihamlı şəkildə Fitr bayramı namazı qılınıb.

Məscidin axundu Hacı Hacıyevin imamlığı ilə qılınan bayram namazından əvvəl dualar oxunub və Ramazan bayramının əhəmiyyətinə dair xütbə söylənilib. Din xadimi bayramın mənəvi mahiyyətindən danışıb.

Ekspert: Bərpa olunan enerji mənbələrinə qarşı düşmənçilik Trampın ABŞ-ı İran müharibəsində qısamüddətə məğlub etdi

Tramp bir vaxtlar bərpa olunan enerjini "saxtakarlıq" adlandırmışdı. İranla müharibə onu bu barədə fikrini dəyişməyə məcbur edəcəkmi?

İrana qarşı müharibə, Donald Trampın ABŞ-ı bərpa olunan enerjidən uzaqlaşdırmaq üçün mübarizəsini diqqətlə araşdıran fosil yanacaqların nə qədər uçucu olduğunu ortaya qoydu.

Bu gün İraqda Beynül-Hərəmeyn və İranda İmam Rza (ə) ziyarətgahlarında möhtəşəm bayram namazı qılınıb

İraq və İrandan verilən açıqlamalara görə, Şəvval ayının ilk günü və Ramazan bayramı 21 Mart şənbə gününə təsadüf etdiyindən, bu səhər bu iki ölkədə bayram namazı qılınıb.

Ramazan bayramı namazı böyük izdihamın iştirakı ilə İmam Hüseynin (ə) ziyarətgahının yanında yerləşən Beynül Hərəmeyin və Məşhəddəki İmam Rzanın (ə) ziyarətgahında böyük şövqlə qılınıb.

Çexiyada İsraillə əlaqəli müdafiə sənayesi müəssisəsində yanğın olub

Çexiyada İsrailin müdafiə konserni “Elbit Systems” ilə əlaqəli müəssisədə yanğın baş verib.

Bu barədə “Al Jazeera” məlumat yayıb.

Hadisə nəticəsində Çexiya şirkəti ilə birgə müəssisə kimi fəaliyyət göstərən obyektin ərazisində bir neçə bina məhv olub.

Bildirilib ki, polis mümkün terror əlaqəsi versiyasını araşdırır.

İran dünya çempionatına qatılacağını, lakin ABŞ-ni boykot edəcəyini deyir

İranın futbol üzrə milli komandası yayda keçiriləcək dünya çempionatında ABŞ-ni boykot etmək şərtilə iştirak etməyi planlaşdırır.

Bunu İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib.

İyunun 11-dən iyulun 19-a qədər davam edəcək turnirdə İran millisinin qrup mərhələsindəki oyunlarını ABŞ-də keçirməsi gözlənilirdi. Tac isə deyib ki, federasiya oyunları Meksikada keçirmək üçün Futbol üzrə Beynəlxalq Federasiyalar Assosiasiyası (FIFA) ilə danışıqlar aparır.