28 January 2026

Cokoviç qələbə rekordunu yeniləyib

“Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi, dünya reytinqində dördüncü pillədə qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç “Australian Open”də 103-cü qələbəsini qazanıb.

O, turnirin 1/4 final mərhələsində italiyalı Lorentso Muzetti ilə qarşılaşıb. Görüş serbiyalı tennisçinin xeyrinə başa çatıb. L.Muzetti üçüncü setdə zədə səbəbindən mübarizəni dayandırıb.

Elvin Mustafayev məruz qaldığı təzyiqlər və tibbi yardımdan məhrum edildiyini bildirir

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin saxlanıldığı Umbakı Penitensiar Kompleksində təzyiqlərə məruz qaldığı və tibbi yardımdan məhrum edildiyi bildirir.

Bu barədə onun yaxınları sosial media vasitəsi ilə məlumat yayıblar.

İtaliya İsrailə etiraz notası göndərib

İtaliyanın dünən Ramallah yaxınlığında Qərb Şəriyədə baş verən hadisədən sonra İsrailə etiraz notası göndərdiyi bildirilir. Hadisə zamanı iki italyan karabineri zabitinin qanunsuz İsrail sakini olduğu düşünülən silahlı şəxs tərəfindən təhdid edildiyi bildirilir.

İtaliya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Təl-Əvivdəki İtaliya səfirliyi Qüdsdəki Baş Konsulluqda xidmət edən iki karabineri zabiti ilə bağlı hadisə ilə bağlı İsrail hökumətinə rəsmi etiraz notası göndərib".

Amnistiya aktı indiyədək 14 589 şəxsə şamil edilib

İndiyədək 14 589 şəxsə amnistiya şamil edilib.

Bunu Baş Prokurorluqda bu gün keçirilən Kollegiya iclasında Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərarın icrası istiqamətində görülən işlər barədə danışarkən deyib.

Vəkillərin müdafiəsi üzrə Beynəlxalq Observatoriya: “Zabil Qəhrəmanovun həbsi Azərbaycanda vəkillik peşəsinə təzyiqin artdığını göstərir”

Vəkillərin müdafiəsi üzrə Beynəlxalq Observatoriya (OIAD) Azərbaycanda vəkil Zabil Qəhrəmanovun həbsi və istintaq dövründə saxlanma müddətinin uzadılması ilə bağlı bəyanat yayıb. Təşkilat Azərbaycan hakimiyyətini Qəhrəmanovu “dərhal və qeyd-şərtsiz” azad etməyə və ona qarşı bütün ittihamları ləğv etməyə çağırır.

Koordinasiya çərçivəsindən ABŞ-ın İraqa müdaxiləsinə sərt reaksiya

İraqda hökumətin formalaşdırılması prosesinə ABŞ-ın müdaxiləsi müzakirələrə səbəb olduğu bir vaxtda, Koordinasiya Çərçivəsi Vaşinqtonun daxili siyasi proseslərə qarışmasına sərt reaksiya verib. Koordinasiya Çərçivəsi ABŞ-ın İraqdakı suveren hakimiyyət orqanlarına qarşı diktə və siyasi seçimlərə müdaxiləsini açıq şəkildə rədd etdiyini bəyan edib.

Koordinasiya Çərçivəsi, İraqda hökumətin qurulması da daxil olmaqla, iraqlıların daxili siyasi məsələlərinə ABŞ-ın müdaxiləsinə qarşı olduğunu vurğulayıb.

Valideynlər qarşılıqlı razılıq əsasında uşaqları dini əqidələrinə uyğun tərbiyə edə bilərlər

Valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər.
Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Ümid edirəm ki, Vens Əliyevlə görüşündə Azərbaycanda insan hüquqları və azadlıqlarının hazırkı durumunu da müzakirə edəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli ABŞ vitse-prezidenti Ceyms Vensin fevralda Azərbaycana rəsmi səfər edəcəyi xəbərinə münasibət bildirib.

Yaxın Şərqə uçuşlar ya dəyişdirilir, ya ləğv olunur

Bir çox beynəlxalq aviaşirkət Yaxın Şərq üzrə uçuş cədvəllərini dəyişir, yaxud ləğv edir. Bu, regionda gərginliyin artması, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) İranın hava məkanından yayınmaqla bağlı xəbərdarlığı fonunda baş verir.

"Aerospace Global News" saytı yanvarın 26-da yazıb ki, dəyişikliklər İsrailə, Körfəz Əməkdaşlıq Şurasındakı şəhərlərə, İordaniyaya, Orta Asiya və Cənubi Qafqaza bəzi marşrutlara təsir göstərib.