26 January 2026
İtaliya A Seriyasında XXII turun maraqlı oyunlarından biri keçirilib.
Tramp Minneapolisdəki atışma ilə bağlı hər şeyi nəzərdən keçirdiyini deyir
Tramp administrasiyası Minneapolisdəki ölümcül atışma ilə bağlı "hər şeyi nəzərdən keçirir və qərar açıqlanacaq". Bunu prezident Donald Tramp yanvarın 25-də "The Wall Street Journal"a müsahibədə deyib.
Prezident immiqrasiya əməkdaşlarının Minneapolisdən çıxarılmasını nəzərdən keçirəcəyini də bildirib.
Aministiya çərçivəsində daha 2 MBH üzvü azadlığa çıxıb
Aministiya aktının icrası davam edir. Yanvarın 26 da daha iki Müsəlman Birliyi Hərəkatının üzvü azadlığa çıxıb. Şahin Məlikov və Rövşəv Əliyev bu gün cəza çəkdikləri 17 saylı müəssisədən azadlığa buraxılıb. Bununla da Aministiya aktı çərçivəsində buraxılan MBH ailəsinin üzvülərinin sayı 17-ə çatıb.
Məlumat üçün deyək ki, Məlikov Şahin 2023-cü il 15 mayda saxlanılıb. Narkotiklərlə bağlı ittiham edilən inanclı 2024-cü ilin 26 yanvarında məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Zəhra (s.ə) Universitetində qızlar üçün İnformasiya Texnologiyaları fakültəsi açıldı
İraqın Kərbəla şəhərində qızların təhsili və texnoloji inkişafı istiqamətində mühüm addım atılıb.
Ali Məqamlı Mərcə Ayətullah əl-uzma Seyid Əli Sistaninin nümayəndəsi və İmam Hüseyn (ə) ziyarətgahının mütəvəllisi Şeyx Əbdülmehdi Kərbəlai Zəhra (s.ə) Universitetində yeni qızlar üçün İnformasiya Texnologiyaları (İT) fakültəsi binasının təntənəli açılışını edib.
AKP sözçüsü: Türkiyə İrana xarici müdaxilənin qəti əleyhinədir
Türkiyə İrana xarici müdaxilənin qəti əleyhinədir.
KİV: Rusiya Ukrayna ordusunun Donbasdan çıxarılmasında israrlıdır
Əbu-Dabidə (BƏƏ) Ukrayna, ABŞ və Rusiya arasında keçirilən ikigünlük danışıqlarda ərazilərə dair heç bir irəliləyiş əldə edilməyib.
Bu barədə "RBK-Ukrayna"ya məlumatlı mənbə bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə danışıqlar konstruktiv şəkildə keçib. Qeyd edilib ki, danışıqların ikinci günündə hərbi və siyasi məsələlərin müzakirəsi paralel aparılıb.
AXCP-nin iki üzvü inzibati həbs edilib
Hakan Fidan: “İran küncə sıxışdırılsa, ən pis ssenariyə hazırlaşacaq”
Türkiyənin xarici işlər naziri Hakan Fidan İrandakı proseslər və ABŞ-nin mümkün addımları ilə bağlı diqqətçəkən açıqlama verib.
Nazir Vaşinqtona müraciətlə İrana qarşı siyasətdə ifrat təzyiqdən çəkinməyə çağırıb.
Fidan bildirib ki, Tehran özünü tamamilə küncə sıxışdırılmış hiss edərsə, bu, ölkəni daha sərt və təhlükəli ssenarilərə hazırlaşmağa sövq edə bilər. Onun sözlərinə görə, belə bir yanaşma regionda nəzarətdən çıxan gərginlik yarada bilər.
İsrail mətbuatı ABŞ-ın İrana hücumunu dəstəkləyəcək ölkələri açıqladı
İsrail mediası iddia edir ki, ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı halında İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Birləşmiş Krallıq Vaşinqtona kəşfiyyat, logistika və hava hücumundan müdafiə dəstəyi verəcəklər.
İraq Hizbullah Briqadalarının Baş Katibindən regional inkişaflarla bağlı açıqlama
İraq Hizbullah Briqadalarının (Kətaib Hizbullah) Baş katibi bölgədə baş verən proseslər və İrana qarşı mümkün müharibə ilə bağlı yazılı açıqlama yayımlayıb.
Açıqlamada şərqdə və qərbdə mövcud olan bütün imanlı qüvvələrin və müqavimət qruplarının genişmiqyaslı bir qarşıdurmaya hazır olmalarının vacibliyi vurğulanıb, İranın “ümmətin qalası və izzəti” olduğu bildirilib və bu ölkəyə dəstək çağırışı edilib.
"Roma" "Milan"la heç-heçə etdi
İtaliya A Seriyasının 2025/2026 mövsümünün XXII turu çərçivəsində “Roma” və “Milan” komandaları arasında keçirilən oyun başa çatıb.
“Olimpiko” stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Matçı baş hakim Andrea Kolombo idarə edib.
Matçın 62-ci dəqiqəsində “Milan”ın müdafiəçisi Koni de Vinter hesabı açıb. Ev sahibi komanda isə 74-cü dəqiqədə yarımmüdafiəçi Lorenzo Pelleqrini tərəfindən penalti zərbəsi ilə hesabı bərabərləşdirib.
Ayətullah Nuri Həmədani: İctimai mühiti qəsdən məhv etmək etibara xəyanətdir və dini baxımdan qadağandır
İctimai əmlakı qəsdən məhv etmək insanların hüquqlarının itirilməsinə, başqalarına zərər verilməsinə, ictimai etibara xəyanətə, nemətlərə qarşı nankorluğa səbəb olur və dini cəhətdən qadağandır. Bəzi hallarda - xüsusən də xəstəliklərə səbəb olan və insanların həyatını təhlükəyə atan müxtəlif çirklənmə növləri ilə - bu, kompensasiya üçün dini məsuliyyətə səbəb olur.
İsrail yenə də Livanda “Hizbullah” hədəflərinə zərbələr endirib
İsrail ordusu növbəti dəfə Livanın müxtəlif ərazilərində “Hizbullah”ın hədəflərinə yeni zərbələr endirib.













