20 November 2023

Fələstin tərəfdarları Miçiqan Universitetinə daxil olublar

Fələstin xalqının hüquqlarını dəstəkləyən amerikalı tələbələr universitetin inzibati binasına daxil olaraq prezidentin otağının qarşısında etiraz aksiyası keçiriblər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, sözügedən tələbələrin toplantısının yayımlanan videoları sosial şəbəkələrdə 4 milyon dəfədən çox izlənilib.

Slavyan Universitetinin keçmiş şöbə müdiri məhkəmə zalında həbs olundu

Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri, dosent Dürdanə Əliyevaya 6 il həbs cəzası kəsilib. Tələbələrin ödədiyi təhsil haqqının yeyintisində, universitetdə işə düzəltmək adıyla müxtəlif adamlardan pul alıb aldatmaqda suçlanan D.Əliyeva noyabrın 20-də məhkəmə zalında həbs olunub. Onun işinə iki ildən çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı.

İctimai fəalın saxlanıldığı bildirilir

Noyabrın 20-də səhər saatlarında ictimai fəal Məhəmməd Kekalov evindən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq aparılıb.

Bu barədə Məhəmməd Kekalovun qardaşı məlumat verib. Onun sözlərinə görə, Məhəmməd Kekalov saxlanılarkən polis heç bir məhkəmə qərarı təqdim etməyib.

"Onun kompüteri də daxil olmaqla şəxsi əşyaları müsadirə olunub. Anasını yaxınına buraxmadılar və evdən zorakılıqla çıxardılar", o bildirib.

Azərbaycanlı fəallar Səttar xanın məzarını restavrasiya ediblər

Sosial meidada paylaşılan foto şəkillərə əsasən, mədəniyyət sahəsində fəaliyyət göstərən bir sıra azərbaycanlı və qaşqaylı türk vətəndaşlar Səttar xanın Rey şəhərindəki Şah Əbdüləzim türbəsində olan məzar daşını restavrasiya ediblər.

Səttar Xanın nəticəsi Sam Sərdar-i Milli İnstaqram səhifəsində yayımladığı fotolarda bir sıra mədəniyyət və vətəndaş fəalları ilə birlikdə məzar daşındakı yazıları boya ilə bərpa edib.

Hizbullah oktyabrın 7-dən İsrailə 1000 raket atıb

Livanın Hizbullah təşkilatı oktyabrın 7-dən İsrailə 1000 raket atıb və İran hücumlarını gücləndirir.

"The Times of Israel" nəşri xəbər verir ki, bunu İsrail müdafiə naziri Yoav Gallant deyib. 

Onun sözlərinə görə,  həftəsonu Hizbullah raket və pilotsuz təyyarələrlə zərbələr endirib və buna cavab olaraq İsrail qruplaşmanın Livandakı hərbi hədəflərini atəşə tutub.

"Qəzzada qurbanların sayı heyrətləndiricidir" - Quterreş

BMT-nin baş katibi Antonio Quterreş Fələstin-İsrail münaqişəsində ölənlərin sayının "heyrətləndirici və qəbuledilməz" olduğunu bildirib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, o, müharibənin dayandırımalı olduğunu deyib. 

"Dayanmalıdır. Mən təcili humanitar atəşkəs çağırışımı bir daha təkrarlayıram”, - baş katib bəyanatda bildirib.