23 March 2023

BMT TŞ-a üzv dövlətlər İsrailə çağırış edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına üzv dövlətlər İsrailin məskunlaşma fəaliyyətinin beynəlxalq hüquqa zidd olduğunu və bu bunun dərhal dayandırılması ilə əlaqədar çağırış edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə sessiyasında İsrail-Fələstin münaqişəsi və bölgədə artan zorakılıqla bağlı cari proseslər müzakirə edilib.

İmam Hüseyn (ə) hərəminin bayrağı Ayətullah Xameneiyə hədiyyə edilib

İmam Hüseyn (ə) hərəminin bayrağı Ayətullah Xameneiyə hədiyyə edilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneiyə mübarək Rəcəb ayı boyunca İmam Hüseynin (ə) hərəminə sancılmış bayraq hədiyyə edilib.

Ayətullah Xameneinin göstərişinə əsasən, bu bayraq Ramazan ayı boyunca Tehrandakı İmam Xomeyni Hüseyniyyəsinə sancılacaq.

Quranı yandıran şəxsin İngiltərəyə girişi qadağan edilib

Britaniya bu ölkədə Quranları yandırmaq niyyətində olan danimarkalı ifratçı siyasətçi Rasmus Paludana ölkəyə giriş icazəsi verməyəcəyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Danimarkanın ifrat sağçı siyasətçisi Rasmus Paludan Quranın nüsxəsini yandırmaq kimi təxribat xarakterli hərəkətinə görə Britaniyaya girişinin qadağan ediləcəyini açıqlayıb.

Seyid İbrahim Rəisi müsəlman ölkələrin liderlərini təbrik edib

İran prezidenti Seyid İbrahim Rəisi Türkiyə də daxil olmaqla müsəlman ölkələrinin liderlərinə göndərdiyi mesajda Ramazan ayı münasibətilə təbrik edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Tacikistan, Özbəkistan, Suriya, Oman, BƏƏ, Küveyt, Qətər, Qazaxıstan və Qırğızıstan liderlərinə ayrı-ayrılıqda ünvanladığı mesajlarda Ramazan ayı münasibətilə təbrik edib.

Fransada tətillər davam edir: limanların, zavodların, yanacaqdoldurma məntəqələrinin, məktəblərin işi dayandırılıb

Parisdə və Fransanın digər şəhərlərində pensiya islahatına qarşı tətillər və nümayişlər davam edir.

Operativtv.com bu barədə Report-a istinadən xəbər verir.

Bu gün Fransada dəmir yolu əlaqəsi kəsilib, dəniz limanlarının, neft emalı zavodlarının, yanacaqdoldurma məntəqələrinin və məktəblərin işi dayandırılıb.

Paşinyan Bakının sülh müqaviləsi ilə bağlı şərtlərini qəbul etmədiyini bildirir

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Yerevan İlham Əliyevin Ermənistanın sərhədin delimitasiyası ilə bağlı Azərbaycanın şərtlərini qəbul etməli olduğu, əks halda sülh müqaviləsi bağlanmayacağı haqqında 18 mart tarixli bəyanatını qəbuledilməz hesab edir. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan martın 23-də hökumətin iclasında bildirib.

Əvəz Zeynallının işi üzrə məhkəmə iclası tarixi müəyyən edilib

Operativtv.com Turana istinadən xəbər verir ki, martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə "Xural Yayınları" MMC-nin təsisçisi və baş direktoru Əvəz Zeynallının cinayət işi üzrə hazırlıq iclası olacaq.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməısinin elektron məhkəmə portalında məlumat yayılıb. https://e-mehkeme.gov.az/Public/Meetings

Livanda hökumət binasına hücum edən etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Livan təhlükəsizlik qüvvələri çərşənbə günü Beyrut şəhərinin mərkəzində əsasən təqaüdçü əsgərlər olmaqla, hökumət qərargahına aparan hasardan keçməyə çalışan yüzlərlə etirazçıya qarşı gözyaşardıcı qazdan istifadə edib.

Zorakılıqlar 2019-cu ilin sonlarında başlayan iqtisadi tənəzzüldən əvvəl hakim sinfin yanlış idarəçiliyinin illərdir tüğyan etdiyi ölkədəki ağır iqtisadi şəraitə qarşı qəzəb fonunda baş verib.

AVRO-2024-ün seçmə mərhələsi başlayır

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start veriləcək.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, ilk olaraq C, H və J qruplarında səkkiz oyun keçiriləcək.

Günün maraqla gözlənilən qarşılaşması İtaliyada baş tutacaq. Turnirin son qalibi finalda məğlub etdiyi İngiltərəni qəbul edəcək.

C qrupunda, həmçinin, Şimali Makedoniya - Malta görüşü də təşkil olunacaq.

Bu Novruz nədən əfv olmadı?

Operativtv.com Turana istinadən xəbər verir ki, Azərbaycanda son illər əksər Novruz bayramları ərəfəsində verilən əfv sərəncamları ilə bağlı gözləntilər bu il özünü doğrultmadı. Halbuki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası bu il yanvarın 12-dən öz iclaslarını bərpa etmişdi. Sonuncu belə iclas da martın 14-də gerçəkləşmişdi. Ona görə də bəzi yerli sayt və sosial şəbəkələrdə Novruz bayramı öncəsi Azərbaycanda növbəti əfv sərəncamının veriləcəyi ilə bağlı gözləntilər ifadə edilirdi.

Baqiri: İran regionda sülh və sabitliyin bir hissəsidir

İran xarici işlər nazirinin müavini, Ermənistanın xarici işlər naziri və Erməni Milli Şurasının katibi ilə görüşündə regionda sabitlik və sülhün bərqərar olmasını vurğulayıb.

Operativtv.com Təsnimə istinadən xəbər verir ki, Erməni həmkarının dəvəti ilə Ermənistanda danışıqlarını davam etdirən İran xarici işlər nazirinin müavini Əli Baqiri çərşənbə günü Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan Milli Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan ilə görüşüb.

Nəsrullah: İsrail böhranla üz-üzədir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bu gün axşam saatlarında çıxış edib.

Nəsrullah Şəhid Hüseyn əş-Şami haqqında "Bəzi Hizbullah döyüşçüləri şəhadətləri ilə cəmiyyət üçün kəşf edilir. Bu döyüşçülərdən biri də Hüseyn əş-Şamidir. Hizbullahın quran komandirlər və liderlər var. Əl-Şami də bu insanlardan biri idi."

Ramazan ayının ilk günü elan olundu

Təqlid müctəhidləri Ramazan ayının ilk gününü bu gün, martın 23-ə elan etdi. Şiə təqlid müctəhidləri  Ayətullah Seyid Əli Xamenei və Ayətullah Seyid Əli Sistaninin ofisi Ramazan ayının hilalının gözlə göründüyünü elan edib.

Dəftərxanalardan verilən məlumatda deyilir ki, Mübarək Ramazan ayının hilalının bu gün günəş batmasından sonra görünməsi Şəban ayının 29-u olduğu təsdiqlənib. Hicri 1444, cümə axşamı (Mart 23) Ramazan ayının ilk günüdür.