“Biz İranla dialoq axtarırıq”

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Ər-Riyadın Tehranla əlaqələr qurduğunu və dialoqu davam etdirmək üçün zəmin və yol axtardığını açıqlayıb. Davos İqtisadi Sammitində Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan deyib: “Geosiyasi məsələlərdən çox inkişafa diqqət yetirmək iranlılar və digərləri üçün birgə inkişafın başqa yollarının olduğuna dair güclü mesaj ola bilər. O, İranla əlaqələr qurub və biz dialoq yollarını axtarırıq. Dialoq regionda münaqişələrin həllinin ən yaxşı yoludur və biz diqqəti inkişafa yönəltməyə və hamı ilə dialoq yolları yaratmağa çalışırıq”.

Bin Fərhan ABŞ ilə müttəfiqliyi də xatırlatmağı unutmayaraq, “ABŞ ilə geniş ortaqlıq bu ölkə ilə daimi razılaşma demək deyil” – söyləyib. Səudiyyə Ərəbistanının xarici işlər naziri həmçinin ölkəsinin iqtisadiyyatının bu il ən sürətli artımı görəcəyini iddia edib!