Beyrut alimlər şurasından Livan hökumətinin qərarına sərt etiraz

Beyrut alimləri Livan hökumətinin ABŞ və İsrailin sifarişiylə verdiyi qərarlara qarşı etiraz edib.

Beyrut alimlər şurası Livan hökumətinin müqavimət tərksilah olması ilə bağlı mübahisəli qərarına sərt etiraz edib. Onlar, belə bir qərarın qəbulunu tənqid edərək hökumətin əslində ölkə torpaqlarından Sionist rejimini çıxarmağı düşünməli olduğunu vurğulayıb.

Bəyannamədə deyilir:
"Livan xalqı yeni hökumətin onların etimadını və rahatlığını artıracaq qərarlar qəbul edəcəyinə və əslində bu xalqın dəstəkçisi olduğunu göstərəcəyinə ümid edirdi. Buna görə də İsrailin Livana gündəlik hücumlarının qarşısının alınması bu hökumətin ən prioritet məsələsi olmalıdır".