Amerikanın İraqda olmaqda məqsədi İsrailin təhlükəsizliyini qorumaqdır

İraq Əhli-Haqq Hərəkatının baş katibi Amerikanın İraqdakı sionist rejiminin təhlükəsizliyini təmin etmək səylərinə toxunaraq deyib: Vaşinqton ordusu bu ölkəni tərk etməlidir, çünki İraq özünü müdafiə etmək gücünə malikdir.

İraq Əsaibi Əhli-Haqq Hərəkatının baş katibi Qeys Xəzali bəzi ölkələrin İraqın təhlükəsizliyini pozmağa çalışdıqlarını və bu məsələnin illüziyadan başqa bir şey olmadığını vurğulayıb. “ABŞ-ın İraqdakı hərbi mövcudluğunun ilk məqsədi İsrail rejiminin təhlükəsizliyini təmin etməkdir. ABŞ qoşunlarının İraqdan çıxarılması məsələsi qətidir və amerikalılar bunu yaxşı bilirlər.”

ABŞ-ın İran İslam Respublikası İnqilabı Keşikçiləri Qüds Qüvvələrinin komandanı general Qasım Süleymanini və Həşdi Şabinin vitse-prezidenti Əbu Mehdi əl-Mühəndisi öldürməsindən sonra İraq parlamenti 2020-ci ildə xarici qüvvələrin bu ölkədən çıxarılması qərarını təsdiqləyib.

“Bizim tam məlumatımız var ki, 2500 ABŞ döyüş qüvvələri İraqda yerləşdirilib və bu, İraq hökumətinin məlumatındadır. Hərir bazasından 1500-ə yaxın əsgər Suriyaya gedəcək. Amerikalılar İraq və Suriya sərhədlərində muxtar bölgə yaratmaq istəyirlər. Əl-Ənbar sakinlərindən ABŞ-ın Qərbi İraqdakı hədəflərindən xəbərdar olmalarını xahiş edirik. ABŞ-ın hərbi mövcudluğunun dayandırılması ilə bağlı danışıqlar köhnə mövzudur. Əl Kazimi hökuməti bununla bağlı heç bir real addım atmayıb”.

Beş və ya 10 min amerikalının İraq üçün təhdid ola bilməyəcəyinə işarə edən Qeys Xəzali: “ABŞ qüvvələrinin İraqdan çıxacağı dəqiqdir. ABŞ tərəfi ilə danışıqlar düzgün istiqamətdə atılmış addımdır” söyləyib.