Tehranda Sepah-ın zabitlərindən biri terrora məruz qalıb

İran İslam İnqilabı Keşikçilər Ordusunun Tehran bölməsinin zabitlərindən biri evinin qarşısında güllələnib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Sepah-ın Tehran bölməsinin zabiti Qasim Fəthulla ötən axşan evinin qarşısında naməlum şəxslər tərəfindən güllələnib.

O dörd güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya yerləşdirilməsinə baxmayaraq Sepah zabitini xilas etmək mümkün olmayıb.

Terroru həyata keçirən şəxslərin axtarışı davam etdirilir.