Suriya, Səudiyyə Ərəbistanı, İordaniya, Misir və İraq xarici işlər nazirlərinin görüşü başlayır

Suriya, Səudiyyə Ərəbistanı, İordaniya, Misir və İraqın xarici işlər nazirləri son görüş və təmaslarda gündəmə gələn bəzi məsələlərin təqibi üçün İordaniyanın paytaxtı Əmmanda işlərinə başlayırlar. Bu barədə İordaniya Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamada, sabah İordaniya, Səudiyyə Ərəbistanı, İraq və Misirin xarici işlər nazirlərinin suriyalı həmkarları Miqdad ilə görüşünə paytaxt Əmmanın ev sahibliyi edəcəyi bildirilib. Bildirilib ki, iclas Fars Körfəzi Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri İordaniya, İraq və Misirin 2023-cü il aprelin 14-də Ciddə şəhərində keçirilmiş məsləhətləşmə iclasının davamıdır.

Digər tərəfdən Suriyanın rəsmi xəbər agentliyi SANA, Suriyanın xarici işlər naziri Feysəl Miqdad və onun heyətinin Əmmandakı nazirlər toplantısının mərkəzinə gəldiyini açıqlayıb. Feysəl Miqdat bu gün İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi ilə bir çox ortaq ikitərəfli məsələləri müzakirə edib.

Suriya, Səudiyyə Ərəbistanı, İordaniya, Misir və İraq xarici işlər nazirlərinin Əmman görüşündən əvvəl reallaşan bu görüşdə sərhəd təhlükəsizliyi, su və qaçqınlar kimi bir çox ikitərəfli mövzular müzakirə edilib.