Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi keçirilib.
Operativtv.com Maide.Az-a istinadən xəbər verir ki, məhkəmə iclası qapalı olub. Şeyx Sərdar ifadə vermədiyindən məhkəmədə yalnız şahidlər dindirilir, ifadə verən şahidlər də Şeyx Sərdarın təqsirsiz və günahsız olduğunu bildirirlər. Bəzi şahidlərin ilkin istintaqda Şeyx Sərdarın xeyrinə verdikləri ifadələr dəyişdirilsə də, həmin şahidlər məhkəmə iclasında bu qanunsuzluğa öz etirazlarını bildiriblər.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu bildirir. Özünü təqsirli bilmir və ittihamları qətiyyən qəbul etmir. Ifadə verməkdən də imtina edir.
Xatırladaq ki, növbəti məhkəmə iclası iyul ayının 20-i, saat 10:00-da keçiriləcək.