Sevilən Məsumlar Ehtiram olunan adlar...

Nəyə görə bu ölkədə ancaq Peyğəmbər(s) və Əhlibeytini hədəfə alıb müzakirə mövzusu edirlər? Hər şeyi unudub 14 məsumun adlarının uşaqlara qoyulmasından narahat olmaq nə deməkdir? Məgər təkcə bizim ölkədə məktəblərdə eyni adlardan bir neçə dənədir? Özlərini hər kəsdən "ağıllı" sananlar qərəzsiz şəkildə maraqlansalar, görərlər ki,hər bir ölkənin məktəblərində eyni və oxşar adlar - Conlar Corclar, Saşalar, Nataşalar və s. Çoxluq təşkil edən adlar var. Əhlibeytin adlarından narahat olanların əslində dərdləri başqadır.

İllərdir ki,bu ölkədə İslam dini və Əhlibeyt zaman-zaman hücumlara məruz qalır. Bir sinifdə beş Ləman, Günel, Murad və s adları daşıyan uşaqlar ola bilər. Bu zaman onları qarışdırmamaq üçün adətən soyadları ilə çağırırlar.
Bəs Muhəmmədlərin, Zəhraların, Zeynəblərin çox olması kimlərisə niyə narahat edir? Məgər bu adları daşıyan uşaqları da qarışdırmamaq üçün soyadları ilə çağırmaq çətin işdir? Bəllidir ki,islam düşmənlərinin dərdi, narahatlığı valideynlərin bu adlara qoyduğu ehtiramdır. İnsanlar məsumları sevdiklərindən övladlarına bu adları verirlər. Əgər vicdanınız varsa,narahat olacaqsınızsa,uşaqlara qoyulan əcaib,əcnəbi adlardan narahat olun. Xalqımızın milli dəyərlərinə zidd olan adlara görə!

Unutmayın ki,dinimizin böyük şəxslərindən gələn adlar insanlara,hər bir uşaqa yalnız sevinc və fəxarət gətirə bilər..!

Abbas Hüseyn.