Qələbənin addım səsləri

Bəşəriyyətin üçüncü dünya müharibəsi astanasında olması haqqında məlumatların yer aldığı gündəm son dövrlər daha çox dinlərarası savaşın alovlanması kimi də mənzərə yaratmaya bilmir. XXI əsrin gəlişi diqqətçəkici qədər din faktorunun qabardılması, sanki böyük güc sərf olunaraq İslamı dünyada dağıdıcı bir güc kimi qələmə verərək hədəfə qoyulma cəhdlərinin intensivliyi bu gün artıq bir neçə dövlətin bu odun ətrafına toplaşma həqiqətini üzə çıxarır. Əlbəttə, bu hal dünya üçün ilk deyil, lakin bu dəfə həcm daha geniş və daha qlobaldır.
“Ərəb Baharı” kimi gündəmə gələn Qərbin “islahat” layihələri öz həqiqətini üzə çıxarmaq üçün o qədər də geniş zamana ehtiyac duyulmur ki, bunun arxasında necə böyük oyunun gizləndiyi görünsün. Hər kəsdə haqlı olaraq “Ərəb Baharının” həqiqətən də islahata ehtiyacı olan diktator ərəb ölkələrində atılan lazımı addım olaraq söyləmək kimi fikiri ola bilər. Lakin bu fikir də mütləq dəyərləndirilməlidir ki, niyə məhz islahatı Qərb hansı həddə diktatorluğu bəlli, özlərinə dost dövlət deyil düşmən dövlətdə həyata keçirmək istəkləri ilə həyata keçirsin? Axı 300 ildən artıq bir zamanda krallığın hökm sürdüyü, qadın hüquqları təsəvür belə olunmayan, atadan oğula ötürülən, edam hökmləri aşkar icra edilən Səudiyyə Ərəbistanına “bahar” gətirməyən Qərb niyə xalqının belə böyük sevgi və dəstək göstərdiyi Liviyanı bu gün də sönməyən cəhənnəmə çevirdi? Bəllidir ki, burada başlıca səbəb müttəfiqlik və onun əmrlərinə itaət, digəri isə bu ölkələrdə həqiqi İslamın mövcud varlığıdır.
Bu sırada bu gün də xarabalığı anladan İraq, Suriya, Fələstin, Yəmən və sair bir çox müsəlman ölkələrini, o cümlədən hədəfdə olan İran, Livan, Bəhreyn, Azərbaycan və sair kimi dövlətlərin adını çəkmək olar. Aldadıcı manevr olaraq diktator, insan hüquqları, iqtisadi bölgünün düzgün aparılmaması, söz azadlığı kimi qulağa şirin gələn sözlər söylənilsə də, yetərincə bu problemlərin geniş vüsət aldığı bir çox Qərb müttəfiqi olan ölkələr görülmədən gəlinir.
İslamın idiologi cəbhələrdə hədəfə alınması təkcə bununla yekunlaşmır. Qərbin böyük maliyyə hesabına yaratdığı İslam simasına salınmış İŞİD, Əl-Qaidə, Nusra və daha nələr, nələr İslamın gözdən salınması, onun dünyada yırtıcı, dağıdıcı bir din olması fikirini formalaşdırmaqla yanaşı, bu kimi qruplaşmalar dünyanın dörd bir tərəfində Quran yandıran, məscid sökən, müsəlman qıran qüvvələrdən fərqli olaraq müsəlman ölkələri, inaclıları hədəfləməsi birmənalı göstərir ki, anti islam planı çoxsahəli fəaliyyətlə çalışır. Buna ateizm cərəyanları, səs küy yaratmağa çalışan şübhəli fikirlərin təbliği ilə məşğul olan böyük maliyyələr yatırılan “ilahiyyatçılar” da bu odu az alovlandırmır. Filimlər, kitablar, hətta cizgi filmlərinə qədər yer alan illimunal görüntülər arxasında gizlənən anti-islam layihələri böyük, olduqca nəhəng bir qrupun planlı bu işdə çalışmasını söyləməyə əsas verir.
Layihənin ən aparıcı gücü şübhəsiz ki, mediadır. İti təsirə malik olan və sərhəd tanımayan medianın anti islam təbliğatında oynadığı rol o qədər böyükdür ki, bu hətta nəhəng dağıdıcı gücə malik silahlarla belə müqayisə oluna bilməz. Təbii ki, yuxarıda qeyd edilən addımların təsiri, onların bütün lazım olan beynlərə çatdırılması, şübhə və tərəddüd toxumu səpməsi və sonunda parçalanmaya nail olması üçün media ən güclü rıçaq olaraq qiymətləndirilməlidir. Qərbin nəzarətində olan böyük media institutlarının bu gün bəşəriyyətdə İslamın nifrət hədəfinə alınması üçün atdığı addımları həqiqət kimi göstərmək üçün etdiyi çapa bu işdə onların qazandığı ən böyük uğurun ən əsas tərəfidir.
Lakin bununla yanaşı, bir həqiqət həmişə insanların diqqətindən, düşmənin məntiqindən kənarda qalır. Bu yerin göyün xaliqi olan Allahdır. İslama qarşı qalxan və ona hər cür hiylə toxuyan şəxslər Quranda Allahın onların əməllərinə əvəz olaraq daima verdiyi qarşılığı unudurlar. Onlar unudurlar ki, son qərarı verən Odur və O, buyurub ki, düşmənlərin xoşuna gəlməsə belə Allah bu dini hər kəsə qalib edəcək. Bu İlahi vədədir və görünür üçüncü dünya müharibəsi qədər qloballaşan bu günün gərginliyində bu vədənin tezliklə gerçəkləşmə ehtimalları bir az da artır.
 
 
MBH Təhlil Mərkəzi