Oman görüşündə qeyri-qanuni xarici qüvvələrin Suriyadan çıxarılması vurğulanıb

İordaniya, Səudiyyə Ərəbistanı, Suriya, İraq və Misirin xarici işlər nazirləri İordaniyanın paytaxtı Omanda bir araya gələrək Suriyadakı vəziyyəti dəyərləndiriblər.

İordaniya, Suriya, Səudiyyə Ərəbistanı, İraq və Misirin xarici işlər nazirləri dünən İordaniyanın paytaxtı Omanda Suriya ilə bağlı iclas keçiriblər. İordaniya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Sinan əl-Məcali görüş haqqında deyib: Bu görüş Aprelin 14-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvü olan İordaniya, İraq və Misirin keçirilən məsləhətləşmə iclasının davamıdır.

Oman görüşünün sonunda İordaniya, Suriya, Səudiyyə Ərəbistanı, İraq və Misirin xarici işlər nazirlərinin bəyanatında Dəməşq, benefisiar ölkələr və Birləşmiş Millətlər Təşkilatı ilə terrorizm və onun bütün formalara qarşı mübarizə üçün hərtərəfli strategiyanın yaradılması vurğulanıb.

Bu bəyanatda Suriyadakı terror təşkilatlarına son qoyulması və bu qrupların regional və beynəlxalq təhlükəsizlik təhdidinin qarşısının alınması üçün Dəməşq və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq vurğulanıb. Bu görüşdə iştirak edənlər həmçinin Suriya və onun qurumlarına bu ölkənin öz ərazisi üzərində nəzarətini genişləndirmək və qanunun aliliyini təmin etmək üçün bütün qanuni səylərdə dəstəklərini ifadə ediblər.

Bəyanatda Suriyada silahlı və terrorçu qrupların mövcudluğuna son qoyulması, Suriyanın daxili işlərinə xarici müdaxilənin dayandırılması, sərhəd təhlükəsizliyi ilə bağlı təhlükəsizlik problemləri ilə mübarizə üçün bu ölkə ilə əməli tədbirlərin görülməsi ilə bağlı razılığın əldə edildiyi vurğulanıb. Bundan əlavə, bu görüş iştirakçıları hərtərəfli milli maraqların həyata keçirilməsi üçün Suriya və qonşu dövlətlərin hərbi və təhlükəsizlik qurumları arasında effektiv koordinasiya mexanizminin yaradılmasının və konstitusiya komitəsinin siyasi tədbirlərə uyğun fəaliyyətinin mümkün qədər tez bir zamanda bərpa edilməsinin vacibliyini bildiriblər.

Adı çəkilən 5 ölkənin xarici işlər nazirləri də bu görüşdə əldə olunmuş razılaşmaları izləmək və gələcək fəaliyyətləri müəyyən etmək üçün ekspertlər səviyyəsində texniki qrup formalaşdırmaq barədə razılığa gəliblər. Onlar həmçinin vurğulayıblar ki, prioritet Suriyadakı böhrana və bu ölkədə ölüm və dağıntılara səbəb olan hər şeyə son qoymaqdır.

Bu görüşdə iştirak edənlər vurğuladılar ki, bütün qeyri-qanuni xarici qüvvələrin Suriyadan çıxarılması, həmçinin Suriyanın birliyini, bütövlüyünü və suverenliyini qorumaq, Suriya xalqının istəklərini yerinə yetirmək və bu ölkənin terrordan azad edilməsi üçün siyasi həll yolu tapılmalıdır.  İştirakçılar həmçinin bildiriblər ki, qaçqınların Suriyaya könüllü və təhlükəsiz qayıtması prioritet məsələdir və bunun reallaşması üçün dərhal lazımi tədbirlər görülməlidir.

Bu görüşün məqsədinin Suriya böhranının siyasi həllinə nail olmaq üçün İordaniyanın plan və təşəbbüslərinə uyğun olaraq bu ölkələrlə Suriya hökuməti arasında əlaqə yaratmaq olduğu bildirilib.