Aylardır bütün dünyanın diqqət mərkəzinə çevrilən və tamamilə yeni bir düzənin formalaşmasına səbəb olan İran! Məlum koordinatların dəyişdiyi hadisələrə şahidlik edən bəşəriyyət, bir çox təsəvvürlərin, bəlkə də ağlasığmaz görünən hadisələrin reallığa çevrildiyi bu məkanda bu gün başqa bir mənzərəni müşahidə edir.
Əsrlər əvvəl şəhid qanının dəyərləri öz həqiqi məcrasına qaytardığı möhtəşəm Kərbəla hadisəsindən ilham alan və bu ali məqsədi həyat fəlsəfəsinin mərkəzinə yerləşdirən Ali Rəhbər, müasir dünyada nəzəri İslamı əməli İslama çevirərək onun işlək modelini yenidən bəşəriyyətə təqdim etmək naminə cəddinin getdiyi yolu seçərək şəhadəti qəbul etdi.
O, bununla da dünyanın İslam ruhunu qapalı çərçivəyə salmağa çalışan qüvvələrə qarşı öz varlığını bir daha bəşəriyyətə nümayiş etdirdi və bu mübarizədə İlahi həqiqətin təcəllasını ortaya qoydu. Şəhid qanı istismarçı qüvvələrin, dünyanı öz təbəəsi kimi görmək istəyən güclərin xəyali qüdrəti qarşısında mətanətli bir səddə çevrildi. Elə bir sədd ki, İslam həqiqətinə sığınan və onu öz ali məqsədinə çevirən bir rəhbərin say və qüdrət üstünlüyü qarşısında haqqın qələbəsini təsdiqləyən bariz nümunəyə çevrildi.
Məhz buna görə də bu gün bütün baxışların yönəldiyi, sevgi və ehtiramın coşduğu İranda təkcə mənəvi rəhbərlə vida yaşanmır, eyni zamanda yeni bir dövrün, haqq ilə batilin mübarizəsinin yeni mərhələsinin başlandığı elan olunur. Şəhid rəhbərin qanı ilə yeni həyat qazanan bu mübarizə salnaməsi Nur dağından Xeybər qalasına, Fədəkdən Kərbəlaya və bu günün imamı Həzrət Qaimin (ə.f.) zühuruna uzanan yeni bir düzənin başlanğıcı kimi təqdim edilir.
Əziz Şəhid İmamımız, yolun davam edəcək!
- Müsəlman Birliyi Hərəkatı
Zühura nur saçan şəhid qanı