Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyi inanclı xanımların məhkəmə prosesi ilə bağlı bəyanat yayıb. Nümayəndəlik inanclı xanımların məhkəmə prosesini ciddi narahatlıqla izlədiyini bildirib. “Hesab edirik ki, hər bir şəxsin ədalətli məhkəmə araşdırması, fikir, ifadə və dini etiqad azadlığı beynəlxalq hüququn fundamental prinsipləri ilə qorunur.
Hakimiyyəti bu işlərə hüququn aliliyi prinsipi əsasında yenidən baxmağa, qanunsuz saxlanılan hicablı xanımları və jurnalist xanımları azad etməyə və bütün məhkəmə proseslərinin şəffaf keçirilməsini təmin etməyə çağırırıq.
Əks təqdirdə, MBH nın Avropa Nümayəndəliyi və digər bir sıra siyasi blogerlər qanun çərçivəsində beynəlxalq hüquqi və ictimai fəaliyyətini genişləndirəcək, məsələni beynəlxalq təşkilatların diqqətinə çatdıracaq və Berlində Kansler binasının qarşısında keçirilən etiraz aksiyasını müddətsiz davam etdirəcək. Bundan əlavə, mövzu ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün bütün qanuni vasitələrdən istifadə olunacaq.
MBH nın Avropa Nümayəndəliyi bir daha bəyan edir ki, məqsədimiz insan hüquqlarının, ədalətin və hüququn aliliyinin təmin edilməsidir. Bütün tərəfləri gərginliyi artıracaq addımlardan çəkinməyə və məsələnin hüquqi çərçivədə həllinə çağırırıq.”
“İnanclı xanımların məhkəmə prosesini ciddi narahatlıqla izləyirik”