ABŞ dünyada ən böyük təhlükə elan edildi

Dünyada ABŞ-nin nüfuzu ilə bağlı diqqətçəkən araşdırma yayımlanıb.

Reuters agentliyinin yaydığı məlumata əsasən, Demokratiyalar Alyansı Fondunun son illik hesabatında ABŞ beynəlxalq ictimaiyyət tərəfindən dünya sülhü üçün ən böyük təhlükələrdən biri kimi qiymətləndirilib.

Sorğunun nəticələrinə görə, Donald Trampın prezidentliyi dövründə Vaşinqtonun qeyri-proqnozlaşdırılan siyasəti beynəlxalq ictimaiyyətdə narahatlığı artırıb. Araşdırmada iştirak edən respondentlərin əksəriyyəti ABŞ-ni dünya sülhü üçün ən böyük təhlükə kimi göstərib.

Hesabatda qeyd olunur ki, respondentlər arasında ABŞ Rusiyadan daha böyük təcrid olunmuş güc kimi qiymətləndirilib.

Sorğunu təşkil edən, keçmiş NATO baş katibi Anders Fogh Rasmussen rəhbərlik etdiyi Danimarka fondu bildirib ki, dünyada ABŞ demokratiyasına münasibət getdikcə mənfi istiqamətdə dəyişir.

Araşdırma müəlliflərinin fikrincə, bir çox ölkədə Vaşinqton artıq qlobal liderlik simvolu deyil, beynəlxalq qeyri-sabitliyin əsas mənbələrindən biri kimi qəbul olunur.

 

 

Müsavat