Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Vüqar Qədirov aclıq aksiyasına başlayıb.
"Azadlıq Qəzeti”nin xəbərinə görə, V.Qədirov saxlanıldığı Lənkəran Penitensiar Kompleksində yaxınları tərəfindən çatdırılan dərmanların ona verilməməsinə görə bu addımı atıb.
Məlumatda bildirilir ki, ikinci qrup əlil olan V.Qədirovun başında iştirak etdiyi Qarabağ müharibəsindən qalma qəlpələr var və bunlar ona dözülməz ağrılar verir, dərmanlar isə iki aydır verilmir.
V.Qədirov ötən ilin dekabrında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz silah saxlama maddəsi ilə ittiham irəli sürülüb. AXCP isə ittihamın qurama olduğunu bildirir.
Hazırda AXCP-nin sədr Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Onlar bir qayda olaraq ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
AXCP fəalı həbsdə aclıq aksiyasına başlayıb