Reuters agentliyi anonim mənbəyə istinadən bildirib ki, ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb.
Medianın məlumatına görə, adı açıqlanmayan yüksək vəzifəli İran rəsmilərindən biri bunun ABŞ-ın danışıqlarda atdığı ciddi bir addım olduğunu qeyd edib. ABŞ bu mərhələdə bu məsələ ilə bağlı heç bir şərh verməyib. Məlumat üçün bildirək ki, İran İslamabadda müharibənin sona çatması ilə bağlı danışıqlara başlamaq üçün dondurulmuş aktivlərin azad edilməsini şərt kimi göstərib.
"ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb" - KİV