Amerika və İsrailin siyasi kursunu düşmənçilik üzərində formalaşdıran zülm maşınına qarşı etiraz, İranın bir gün bu güclərlə qarşılaşacağını aydın göstərirdi. İsrailin Qəzzədə dinc əhaliyə qarşı həyata keçirdiyi qətliamlar tarixin əbədi ləkəsi olaraq qalacaq. Yalnız 2023-cü ilin oktyabrından bəri Qəzzədə öldürülən körpələrin sayı 20 mindən çoxdur. Bu faktlar İranın siyasi baxışlarını daha da sərtləşdirərək, Amerika və İsrailə qarşı mübarizəni qaçılmaz edirdi.
İslam Respublikası yaxşı anlayırdı ki, dünyada Amerika və İsrailə açıq şəkildə lənət yağdıran yeganə dövlət kimi mövqeyini qorumaq, həmin güclərin də İranın güclənməsinə mane olmaq siyasətini qaçılmaz edəcək. Buna görə də İran ən sadə inkişaf addımlarını belə hərbi gücün formalaşdırılması ilə paralel aparmağı prioritet mövzuya çevirdi. Embarqolar şəraitində əldə edilən uğurlar daxili imkanlara əsaslansa da, bu potensial yeni təşəbbüslərin qarşısını almadı. Yaxın və uzaq mənzilli raketlər, dron istehsalı bu istiqamətdə əsas nailiyyətlərdən sayılırdı.
İran müdafiə taktikasında digər ölkələrin siyasi müttəfiqlik cəbhələrinə də diqqət yetirdi. Qərbin təzyiqi altında əzilən xalqların mübarizəsi nəticəsində formalaşan və bu gün “Müqavimət Oxu” adlandırılan cəbhə, İranın siyasətində mühüm nümunə oldu. Bu cəbhə xüsusilə İraqda BƏƏS rejiminin süqutundan sonra yeni mərhələyə qədəm qoyaraq daha mütərəqqi forma aldı.
2003-cü ildə Amerikanın İraqa hücumu zamanı vahid idarəçilik sisteminin sıradan çıxarılması, ordunun başsız qalması və şəhərlərdə xaosun yaranması məğlubiyyəti tezləşdirdi. İran bu yanlışlığı diqqətlə araşdıraraq “Xatəmül-Ənbiya” doktrinasını formalaşdırdı. Bu sistemə əsasən İranın böyük şəhərləri vahid idarəçilik sisteminə və ali baş komandana tabe olaraq müharibə aparır. Əgər düşmənin intensiv hücumları və ya başqa səbəblərdən rəhbərliklə əlaqə kəsilərsə, hər bir şəhər öz hərbi rəhbərliyinə tabe olaraq müdafiəni müstəqil şəkildə icra edə bilər.
Son müharibədə “Xatəmül-Ənbiya” müdafiə sistemi hər bir şəhərin öz müdafiə yükünü daşıyaraq düşmənə müqavimət göstərdi. Bu, İranın müharibə strategiyasında mühüm güc nümayişi kimi tarixə düşdü.
2-ci hissənin sonu
İran–Amerika və İsrail arasında müharibə: gözləntilər və nəticələr. 2-ci hissə