Nurlan Qəhrəmanlı Baş prokuror Kamran Əliyevə müraciət ünvanladı

Azərbaycanın Baş prokuroru cənab Kamran Əliyevə - 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Qəhrəmanlı Nurlan Ramiz oğlundan:
Yazıb sizə bildirirəm ki, 23 fevral 2026-cı il tarixində səhər saatlarında məni müəssisə rəisi Elnur İsmayılovun qəbuluna apardılar. 40 günə yaxın müddətdir aclıq etməyimə baxmayaraq məni 1 saat ayaq üstündə saxlayandan sonra qəbula aparıblar. İsmayılov məni qəbul etdi və hədələdi ki, aclıq aksiyasını dayandırım.
Hədələyici tonla danışmağın bir işə yaramayacağını görən cənab İsmayılov məni qeyri-qanuni işgəncə kamerası olan 501 nömrəli otağa saldırdı. Oranın karsdan heç bir fərqi yoxdur. Heç bir gigiyenik şərait yoxdur. Məni telefon və görüş hüququndan məhrum etdilər. Səhhətimin pisləşməsi ilə əlaqədar həkim çağırdım. Təzyiqimi ölçdülər, dərman verdilər. Tələb etsəm də tibb məntəqəsinə aparmadılar. Mənim təslim olmadığımı görən İsmayılov daha da iyrəncləşərək otaq yoldaşım olan Fuad adlı şəxsi daha çətin şəraiti olan 513 nömrəli kameraya saldırdı. Kamera 8 nəfərlik olsa da 12 nəfər qalır.
Dostumun belə çətin şəraitdə qalmasına razı olmayaraq aclıq aksiyasını dayandırmağımla bağlı ərizə yazdım. Lakin aclığı dayandırmamışam. Cənab İsmayılovun Pentensiar Xidmətin rəisi Mirsaleh Seyidovun göstərişi ilə mənə qarşı etdiyi qanunazidd əməllərinə hüquqi qiymət verməyinizi Sizdən xahiş edirəm.
 
26 fevral 2026-cı il.