"Barselona" yenidən zirvəyə yüksəlib

İspaniya La Liqasında XXV turun oyunları keçirilir.

Çempionatda lider dəyişib.

"Barselona" yenidən zirvəyə yüksəlib. Komanda "Levante"ni 3:0 hesabı ilə məğlub edib. Kataloniya təmsilçisinin heyətində Mark Bernal, Frenki de Yonq və Fermin Lopes fərqlənib.

Xallarının sayını 61-ə çatdıran "Barsa" 60 xalı olan "Real"ı geridə qoyub.