Nigeriyada silahlıların hücumu nəticəsində 38 nəfər öldürülüb

Silahlıların Nigeriyanın şimal-qərbindəki Zamfara ştatında yerləşən bir kəndə basqını nəticəsində 38 nəfər öldürülüb.

Bu barədə şənbə günü polis və rəsmilər məlumat veriblər.

Zamfara və digər ştatlarda pul müqabilində adam oğurluğu halları artıb.

Silahlı dəstələr və ekstremist qruplaşmalar kəndlərə hücum edir, sakinləri qətlə yetirir, evləri talan etdikdən sonra yandırırlar.