Azərbaycanın Təbrizdəki yeni baş konsulu vəzifələrinin icrasına başlayıb

Azərbaycanın Tehrandakı səfiri İran xarici işlər nazirinin müavini və protokol rəisi ilə görüşdə ölkəsinin Təbrizdəki yeni baş konsulunu təyin edib.

Bu barədə İrandakı Azərbaycan səfirliyi X hesabında aşağıdakı açıqlamanı paylaşıb:

“Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran xarici işlər nazirinin müavini Vəhid Cəlalzadə, Xarici İşlər Nazirliyinin Protokol üzrə baş direktoru Əli Əkbər Nəzari və Avrasiya Departamentinin direktoru Mənuçehr Moradi ilə görüşüb. Bu görüşdə o, Azərbaycanın Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabovu təqdim edib.

Görüş zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılıb. Bu görüşdə baş konsul Taleh Zöhrabov konsulluq sənədini İran Xarici İşlər Nazirliyinin Protokol üzrə baş direktoru Əli Əkbər Nəzariyə təqdim edib.”