İsrailli hərbçi Qəzzada snayperin açdığı atəş nəticəsində məhv edilib

Qəzzada HƏMAS snayperinin açdığı atəş nəticəsində israilli hərbçi məhv edilib.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Həyatını itirən hərbçinin şəxsiyyəti açıqlanıb – o, Nahal briqadasının 932-ci batalyonunun 21 yaşlı hərbçisi Şimon Demalaşdır.

İlkin araşdırmaya əsasən, hərbçi ordunun düşərgəsindəki müşahidə postunda xidmət apararkən snayper atəşinə tuş gəlib.