Bakının işğaldan azad edilməsinin 107-ci il dönümü ilə bağlı, əsasən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən ibarət bir qrup Milli Şura tərəfdarı dünən, sentyabrın 14-də Bakıda Qafqaz İslam Ordusunun xatirəsinə ucaldılmış abidəni ziyarət etmək istəyiblər.
AXCP sədri Əli Kərimli bildirib ki, ziyarəti bir gün önə çəkməklərinin səbəbi sentyabrın 15-də həm də yeni tədris ilinin başlaması olub. (Bakının işğaldan azad edilmə günü sentyabrın 15-dir) Lakin onun vurğulamasına görə, ziyarətə polis maneəsi yaradılıb: "...Abidə önünə çiçəklər düzdük. Milli Şura sədri professor Cəmil Həsənli Türk ordusunun 107 il öncə Bakını işğaldan azad etməsindən danışmağa başlayan kimi 100-lərlə çevik polis əməkdaşı ziyarətçiləri mühasirəyə aldı, danışmağa imkan vermədi və ziyarətimizi yarıda kəsdi".
Hələlik, bu açıqlamaya Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
AXCP-nin ziyarət etməsinə icazə verilməyib