Lavrov Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmanı şərh edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-da Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmanın praktikada necə işləyəcəyinə baxmaq lazımdır. O vurğulayıb ki, ilkin günlərdə səslənən coşqulu açıqlamalar sənəd dərc olunduqdan sonra skeptik qiymətləndirmələrlə əvəzlənib.
“Görmək lazımdır ki, bu razılaşma necə işləyəcək. Çünki Vaşinqton görüşündən sonra ilk günlərdə deyilən bütün həvəsləndirici rəylər sənəd dərc ediləndən sonra skeptik münasibətlərlə əvəz olundu. Məlum olur ki, əslində orada çox şey razılaşdırılmayıb, – Lavrov MİQİMO-nun tələbə və professor-müəllim heyəti ilə görüşündə deyib.
Nazir qeyd edib ki, ABŞ-da Bakı və Yerevan arasında əldə olunmuş razılaşma əslində 2020–2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanan sənədlərdən qaynaqlanır.
“İkinci Qarabağ müharibəsi başladıqdan sonra məhz Rusiya prezidenti Putin həlledici rol oynadı… Prezident, Ermənistanın baş naziri Paşinyan və Azərbaycanın prezidenti Əliyevin 2020-ci ilin noyabrında imzaladığı razılaşmaya nail oldu. Ardınca bir sıra üçtərəfli sammitlər keçirildi və orada iqtisadi əlaqələrin açılması, nəqliyyat marşrutlarının bərpası ilə bağlı razılaşmalar əldə edildi”, – Lavrov bildirib.
Məlum olur ki, əslində orada çox şey razılaşdırılmayıb