Azərbaycanda zəlzələ oldu

Ağsu rayonunda zəlzələ olub.
 
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RXSM) Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
 
Onun sözlərinə görə, yeraltı təkan 3 bala qədər hiss olunub:
 
"RSXM-nin saytında texniki problem yaranıb. Ağsuda baş verən zəlzələ ilə bağlı bildirmək istəyirik ki, zəlzələ elə də güclü deyil. 3 bala yaxın hiss olunub"