Ən böyük Ərbəin moukəblərindən biri hərəkətə başladı

İraqdakı ən böyük əza moukəblərindən biri olan “Bəni Əmir” moukəbi Ərbəin ziyarətinin ərəfəsində hərəkətə başlayıb.

Adıçəkilən moukəb Bəsrə şəhərindən yola çıxıb.

“Bəni Əmir” moukəbinin eyniadlı nəslindən olan iraqlı zəvvarları hər il Ərbəin ərəfəsində xüsusi bir ehtişamla Kərbəla şəhərinə doğru piyada ziyarət həyata keçirirlər. Bu aşiqlər karvanı hər il Səfər ayının 19-u Kərbəla şəhərinə çatır və Qurani, İslami, “Ləbbeyk” və digər dini şüarları ilə Beynül-Hərəmeynə – İmam Hüseyn (ə) hərəminə doğru addımlayır.

Bir daha xatırladaq ki, “Bəni Əmir” moukəbi dünyadakı ən böyük hüseyni moukəblərdən biridir.