La Liqa: “Villarreal” “Valensiya”nı məğlub edib

Dekabrın 31-də İspaniya çempionatında XV turun oyunu keçirilib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, "Vilyarreal" doğma meydanda "Valensiya"la qarşılaşıb.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 21-ci dəqiqədə açılıb. Edinson Kavani "Valensiya"nı hesabda önə keçirib. Birinci hissənin sonunda Samuel Çukvueze matçda hesabı bərabərləşdirib. Matçın 88-ci dəqiqəsində Xuan Voyt meydan sahiblərinə qələbə qazandıran qolun müəllifi olub.

“Vilyarreal” İspaniya çempionatında 7-ci, “Valensiya” isə 11-ci pillədə qərarlaşıb.