Kişilərin iradəsi önündə aciz qalan rejim gücünü qadın və uşaqlara göstərir

İlahiyyatçı Tale Bağırzadə hakimiyyət orqanlarının məhbus ailəsi və onların azyaşlı övladlarına güc nümayiş etdirməsinə öz etirazını bildirib. O, bunu hakimiyyətin aciz duruma düşməsi ilə əlaqələndirib: “Bu rejim həbs etdiyi inanclılara olmazın zülm və işgəncəsini verib. Ağlagəlməz vəhşilik müqabilində iradə nümayiş etdirən inanclının mətn, əqidəli, əsil kişi duruşu bundan xəbərsizlərin sözün əsil mənasinda varlığına od vurur. Buna görə də əlacı məhbusun ailə və uşaqlarına zor göstərməklə onun qürurunu əzmək istəyirlər. Bu qürurun arxasında əyilməz bir şəxsiyyət durur. Elə bir şəxsiyyət ki, kişisi İmam Hüseyni (ə) tanıdığı kimi qadını Xanım Zeynəbi (s.ə.), övladları Əli Əkbəri, Qasimi, Əli Əsgəri (ə) tanıyıb və onun varlığından, dəyərlər məktəbindən nümunə götürüb. Bu məktəbin hər bir məzunu zülm və haqsızlıq müqabilndə dağ qürurludur. O, öləcək, şəhid olacaq ancaq sizin kimi rəzil duruma düşməyəcək.
Özüm İlham Əliyevə müraciət edib bildirirəm ki, biz kişilər zindandayıq, hər bir addıma da kişi kimi cavab vermək əzmindəyik. Qadın və uşaqlara güc nümayiş etdirən nəinki kişilik, hətta heç bir dəyər müstəvisinə sığmır. Bu yön iyrənc addımlara son verin."
 
 
Все реакции