İsveçdə müsəlman məktəbləri kütləvi şəkildə qapadılır

İsveçdə müsəlman ailənin 8 və 12 yaşlı övladları Stokholmdakı sevimli məktəblərinin bağlandığın öyrəndikləri zaman məyus olublar.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu və digər müsəlman ailələr İsveç Məktəblərin İşlərinin İnspeksiyasından bildiriş alıblar.

Qeyd edilib ki, “Əzhər” özəl islami məktəbi “qeyri-münasib idarə keyfiyyəti” bəhanəsilə qapadılıb.

Bizi cəmi 1 ay öncə məlumatlandırıblar… Mənə heç bir detal barədə məlumat vermədilər. İslam dini ilə bağlı dərslər təhsil proqramının cəmi 5 faizini təşkil edirdi. Uşaqlarıma məktəbin qapadıldığını deyəndə onlar günlərlə ağladılar“, – deyə müsəlman ailələrdən biri bildirib.

Xatırladaq ki, 2019-cu ildən bəri İsveç rəhbərliyi müxtəlif bəhanələrlə 19 özəl islami məktəbi qapadıb. Hal-hazırda iki məktəbin qapadılması ilə bağlı iş də məhkəmədədir.

İsveç İslami Məktəblər Assosiyasiyası hesab edir ki, müsəlman məktəblərinin qapadılması qərarları siyasidir və hakimiyyətin islamofob dəst-xəttini əks etdirir.