İraqın keçmiş Baş naziri barəsində istintaq başladıldı

İraqın baş prokuroru, keçmiş baş nazir Mustafa Əl-Kazimi haqqında Həşd əl-Şaabi hərəkatının sədr müavini Əbu Mehdi əl-Mühəndis və İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ-ın təşkil etdiyi sui-qəsd nəticəsində şəhid olmasına səhlənkarlıq göstərdiyi üçün istintaqa başlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraq Hüquq Hərəkatının müavini Hüseyn Munis, Əbu Mehdi Mühəndis və Qasım Süleymaninin şəhid olduğu Beynəlxalq Bağdad Hava Limanının suverenliyinin pozulmasına göz yumduğu və o hadisədə səhlənkarlığı və təqsiri olduğunu əsas gətirərək, o zaman Milli Kəşfiyyat Xidmətinin rəhbəri olmuş Kazımi barəsində prokurorluğa şikayət edib.

Xatırladaq ki, 2020-ci il yanvarın 3-də ABŞ İran İnqilabı Keşikçiləri Qüds Qüvvələrinin komandanı Qasım Süleymanini və  Əbu Mehdi əl-Mühəndisi Bağdad hava limanında sui-qəsd edərək şəhid edib.