İranın Ali Dini Lideri İraq Prezidenti və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei dünən günün ikinci yarısında İraq Respublikasının Prezidenti Əbdüllətif  Rəşid və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ali Rəhbər İraq prezidenti ilə görüşdə bildirib ki, İraqın tərəqqisi, rifahı, müstəqilliyi və yüksəlişi İran İslam Respublikası üçün çox önəmlidir. İkitərəfli əməkdaşlığın genişləndirilməsi, razılaşmaların həyata keçirilməsi hər iki ölkənin marağındadır. İran İslam Respublikası İraqın yanındadır və arzu İraqın tərəqqisidir.

Ayətullah Xamenei əldə olunmuş razılaşmaların, xüsusilə də son təhlükəsizlik və iqtisadi razılaşmaların ciddi şəkildə təqibi yolu ilə əməkdaşlığın genişləndirilməsini zəruri hesab edib. O, bildirib ki,  İran və İraq arasında əlaqələrin genişlənməsi və dərinləşməsinin güclü düşmənləri var və iki ölkə arasında güclü tarixi və dini bağlar olmasaydı, münasibətlərin vəziyyəti Səddam dövrünün şərtlərinə qayıda bilərdi.

Ayətullah Xamenei iki ölkə arasında səkkiz illik müharibə olmasına baxmayaraq, Ərbəin və qeyri-ərbəin günlərində iranlı zəvvarları qarşılamaqda İraq xalqının mərhəmətinə işarə edərək bildirib ki,  belə çox mühüm bir hadisənin mənası budur ki, burada iki xalqın və iki dövlətin birliyi faktoru var və  hansısa xarici amillər  onlara təsir edə bilməz, ona görə də bu fürsətdən istifadə edərək münasibətləri daha da dərinləşdirmək və onun davamı üçün ciddi qayğı və sayıqlıq olmalıdır.

Ali Rəhbər İraq hökumətinin hazırkı durumundan məmnunluğunu ifadə edərək, bunu İraq xalqının və qruplarının birliyinin nəticəsi kimi qiymətləndirib.  "İraqın yaxşı şəxsiyyətləri, düşüncə sahibləri,  motivasiyalı və fəal gəncləri var ki, bunlar  milli sərvətdir  və onlar  bundan istifadə etməlidirlər və bu birliyin əsaslarını qorumalıdırlar.

Ali Rəhbər  amerikalıların İraqın dostu olmadığını vurğuladı və əlavə etdi: Amerikalılar heç kimlə dost deyillər və hətta avropalı dostlarına belə sadiq deyillər.

 

Mənbə: Maidə