Hizbullah lideri: Vaşinqton Qasim Süleymaniyə qarşı terrorda hədəflərinə çata bilmədi

“Vaşinqton Qasim Süleymaniyə qarşı terror məsələsində nəzərdə tutduğu hədəflərin heç birinə çata bilmədi. Süleymani ABŞ-ın bölgədəki plan və layihələrinin baş tutmasına imkan vermədi.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu Hizbullah hərəkatının lideri Həsən Nəsrullah ötən gün axşam Qasim Süleymaniyə və Əbu-Mehdi əl-Mühəndisə qarşı terror aktının üçüncü ildönümü ilə bağlı çıxışında deyib.

Həsən Nəsrullah deyib:

“Təəssüflər olsun ki, bəziləri hələ də müqavimət xəttinə üzv ölkələrin İrana tabe olduqlarını düşünürlər, halbuki bu heç də belə deyil. Daha doğrusu, müqavimət qüvvələri vətənə, müqəddəs prinsiplərə inamları var və Hacı Qasım öz müdrikliyi, səmimiyyəti və daimi hüzuru ilə müqavimət xətti qüvvələrini bir-birinə bağlaya bildi və onları daha da gücləndirdi. Hacı Qasım həm də səfərləri və döyüş cəbhələrində və cəbhə xəttlərində birbaşa iştirakı ilə müqavimət qüvvələrinə maddi, intellektual və mənəvi dəstək verirdi…Şəhid Süleymani Amerikanın bölgədəki layihələrini iflasa uğratdı. Hacı Qasim iyirmi il ərzində regionda Amerika layihəsinin iki versiyası ilə üzləşdi. Amerikanın bölgədəki layihəsi hegemonluq, hər şey üzərində hökmranlıq və nəzarət layihəsidir və İsrail bu layihənin mərkəzində dayanır. Amerikanın bölgədəki layihəsinin şəhid Süleymani və digər şəhid komandirlərinin üzləşdiyi ilk variantı Livan və Fələstində yeni Yaxın Şərq layihəsi oldu. Bu layihə 2001-ci ildə Corc Buş ABŞ prezidentliyinə gəldikdən sonra başlayıb və dərc olunan məlumata görə, Əfqanıstan bu proqramın bir hissəsi deyildi.”

Hizbullah lideri fikirlərini belə davam etdirib: “11 sentyabr hadisəsi Amerika layihəsinə Əfqanıstan və İraqa daxil olmaq, İran və Suriyaya yaxınlaşmaq fürsəti verdi. Fələstin və Livanda müqaviməti vurmaq üçün iş 2006-cı ildə başladı və işğal planını ehtiva edirdi. Çoxmillətli qüvvələr hava limanlarında, dəniz limanlarda və sərhədlərdə idi. Burada Hacı Qasım Süleymani komandir kimi cəbhə xəttinə daxil oldu, İran və Suriya da ayağa qalxdı və iyul döyüşündə düşmən məğlub oldu….Əgər sionistlərin Livan müharibəsi uğurlu olsaydı, bu müharibə Suriyaya çatardı və orada tamamlanardı, lakin bu baş vermədi.”

Hizbullah lideri çıxışının bir hissəsində bildirib ki, general Qasim Süleymani bir sıra yerlərdə sünni və şiə müqavimət qruplarını birləşdirə bilib və İraqda da bu öz bəhrəsini verib. O bildirib ki, burada müxtəlif sferalarda intensiv müqavimət nəticəsində ABŞ qüvvələrini İraqda çıxarmalı oldu.