"Abzas Media"-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı çağırış edib.
Çağırışda "Abzas Media-nın rəhbərliyi araşdırmaçı jurnalistlərə səsləniblər.
"Dünyadakı bütün araşdırmaçı jurnalistləri bizə dəstək verməyə, araşdırmalarımızı qaldığımız yerdən davam etdirməyə səsləyirik".
Xatırladaq ki, noyabrın 21-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Abzas Media-nın direktoru Ülvi Həsənliyə 4 ay, baş redaktoru Sevinc Vaqifqızına isə 3 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri verilib. Onlar Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Ülvi Həsənli və Sevinc Vaqifqızı ittihamları qəbul etmir, həbslərinin korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirir.
Noyabrın 23-də Abzas Media-nın direktor müavini Məhəmməd Kekalov barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 27 gün həbs qətimkan tədbiri seçilib.
O da Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Həbsdə olan "Abzas Media"-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı çağırış edib