Hacı Şahinlə əlaqəli olan son üzvlər də məsciddən uzaqlaşdırıldı

Bu səhər sosial media üzərindən Məşhəd Dadaş məscidində dəyişikliklərlə bağlı məsələ dolayısı yolla öz təsdiqini elə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mubariz Qurbanov tərəfindən də aldı. Xəbərə görə Məşhəd Dadaş icması buraxılaraq məsciddən uzaqlaşdırılıb. Eyni halda məscidə yeni imam Əli Şərbətov təyin edilib. Mövzu ilə bağlı Mübariz Qurbanov danışaraq bildirib ki, icma məsciddədir. Sadəcə olaraq məsciddəki köhnə icma 11 nəfərlə qeydiyyatdan keçmişdi. İndiki qayda ilə isə 50 nəfərlik bir icma heyəti olacaq. Buna görə də heyət genişlənib. Gedən şəxslərə gəlincə komitə sədri onların “... mərhum Hacı Şahinin ətrafında olanlar idi. Bu adamların hüquqi baxımdan məscidə heç bir aidiyyəti yox idi. Onlar icma formalaşan zaman vətəndaş kimi icmanın formalaşmasında iştirak etmişdilər” deyib və getmələrini də belə izah edib.

Hal hazırda məscid yeni tərkib və üzlərlə icma ilə fəaliyyətə başlayır və yeni imamla da çıxış edəcək.