Gürcüstanda yaşayan azərbaycanlılar quru sərhədlərin açılması ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər

"Biz uzun müddətdir ki, sizin sərhədlərin açılması ilə bağlı xoş sərancamınızı gözləyirik. Sərhədlərin bağlı olması insanlara olduqca mənfi təsir göstərir və onlar yaxınları ilə əlaqələr qura bilmir, gedib gəlməyə çətinlik çəkir və ya gedə bilmirlər. Hazırkı hava yollarının məlum yüksək qiyməti minlərlə sosial rifahı çətin olan şəxslər üçün əlçatmazdır və məhdudur. Xüsusən yaşlı insanlar hava yollarından istifadə edə bilmir və ya onlar üçün bu olduqca riskli və çətindir", - müraciətdə vurğulanıb.