Gürcüstanda bu gün Saakaşviliyə dəstək məqsədilə aksiyalar keçiriləcək

Gürcüstan müxalifəti bu gün sabiq Prezident Mixeil Saakaşviliyə dəstək məqsədilə genişmiqyaslı həmrəylik aksiyaları keçirəcək.

Operativtv.com APA-nın Gürcüstan bürosuna istinadən xəbər verir ki, yerli vaxtla saat 18:00-da başlayacaq aksiyaların paytaxt Tbilisi ilə yanaşı ölkənin bütün böyük şəhərlərində keçirilməsi planlaşdırılıb.

Müxalif Vahid Milli Hərəkat partiyasının sədri Nika Melia ölkənin üçüncü Prezidentinin həbsdən azad edilməsi üçün siyasi baxışından asılı olmayaraq, hər kəsi aksiyalarda iştirak etməyə çağırıb.