Əfqanıstanda aeroport yaxınlığında partlayışda 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Əfqanıstanın paytaxtı Kabulda beynəlxalq hava limanında törədilən partlayışla bağlı ölənlərin sayı açıqlanıb.

Operativtv.com  APA-ya istinadən xəbər verir ki, partlayış nəticəsində azı 10 nəfər ölüb, 8 nəfər yaralanıb.

Məlumata görə, bu barədə “Taliban” hökuməti xəbər yayıb.