Danimarkada Qurana qarşı yenidən hücum

Danimarkada "Patrioterne Gar Live" (Patriots Live) adlı marjinal qruplaşmanın üzvü, islamofob və ultra-təsirli bir şəxs tərəfindən Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında yenidən Türkiyə bayrağına və Qurana hücum edilib.

İslam əleyhinə pankartlar açan, İslamı təhqir edən şüarlar səsləndirən, Türkiyə bayrağına hörmətsizliklə hücum edən təxribatçı bu anları Tvitter hesabında canlı olaraq paylaşıb. Türkiyə vətəndaşlarından biri türk bayrağını yerdən qaldırarkən Danimarka polisinin müdaxiləsi ilə qarşılaşıb və təxribatçıya xəbərdarlıq edib.

Polis Türkiyə vətəndaşlarına "bu təxribata qarışmamaq" barədə xəbərdarlıq edərkən, təxribatçının ətrafında tədbir görməyə davam edib. Səs verməyə gələn Türkiyə vətəndaşlarının əksəriyyəti təxribatçıya şifahi reaksiya verərək, belə bir hərəkətin qəbul edilə bilməyəcəyini və bunun düzgün olmadığını bildiriblər.

Danimarkada əvvəllər də dəfələrlə belə təxribatlar edilib və Türkiyə və İslam ölkələrinin reaksiyası ilə qarşılanıb, Danimarkada ifadə azadlığı adı altında Qurani-Kərimə hörmətsizliyin qəbuledilməz olduğu bildirilib.