25 November 2026

Yaqub Eyyubovun oğlunun İngiltərədə dəyəri 10 milyon funtdan çox 17 daşınmaz əmlakı üzə çıxdı

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Böyük Britaniyada milyonlarla funt sterlinq dəyərində daşınmaz əmlaka sahib olduğu iddia edilir.

Bu barədə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli sosial media hesabında məlumat yayıb.

"Sabah"ın gəncləri "Barselona"ya uduzdu

"Sabah" klubunun U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Adino Mustedanaqiçin başçılıq etdiyi kollektiv V tur çərçivəsində Bakıda İspaniya təmsilçisi "Barselona"nın müvafiq yaş qrupu ilə qarşılaşıb.

"Bank Respublika Arena"da təşkil edilən görüş qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Sabah” U-19 bunadək keçirdiyi dörd matçda da uduzub.

Hollandiyanın Zaanstad Bələdiyyəsi üç yeni İslam məktəbinin açılmasına qarşı çıxır

Zaanstad şəhərində bələdiyyə ərazidə planlaşdırılan iki İslam orta məktəbinin və bir ibtidai məktəbin açılmasına qarşı çıxıb. Bələdiyyə mövcud məktəblərin şagirdlərin ehtiyaclarını ödəmək qabiliyyətinə malik olduğunu və yeni məktəblərin təhsil sistemində problemlər yarada biləcəyini iddia edib.

Etiraz edilən məktəblərdən biri olan Fiducie Kollecinin təsisçisi Yusuf Altuntaş bələdiyyənin bəzi narahatlıqlarını bölüşsə də, ərazidə İslam orta məktəbinə ehtiyac olduğunu bildirib.

SOCAR-ın törəmə şirkəti İsraildə qaz yatağında qazıntı işlərinə başlayıb

SOCAR-ın strukturuna daxil olan “Caspian Drilling Company” (CDC) şirkəti İsrailin cənubunda qaz perspektivli quyunun qazılmasına başlayıb.

Bu barədə CDC xəbər verir.

Məlumata görə, şirkət “Mosestro” şirkətinin sifarişi əsasında "Sifra North 01" quyusunda qazma işləri aparır.

Netanyahu hökuməti Fələstinə dəstək pankartlarına görə “Qalatasaray” klubundan UEFA-ya şikayət edib

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbek bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti azarkeşlərin Fələstinə dəstək pankartlarına görə klubu UEFA-ya şikayət edib.

Özbek bu barədə HT Spor-a açıqlamasında danışıb.

Alim Yusifovun intizam cəzasının artırılması məhbusların etirazı ilə qarşılanıb

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı məhbus Alim Yusifovun noyabrın 18-dən başlayan karser cəzası bitsə də məhbus cəza kamerasından buraxılmayıb. Bu barədə həbsxanada cəza çəkən məhbuslar məlumat verib. Belə ki, dünən (noyabrın 24-də) Alimin karser müddəti bitmişdi. Lakin son anda müəsisə rəhbərliyi bildirib ki, Alimə əlavə olaraq da 7 günlük karser cəzası verilib. 

"Netanyahu öz siyasi gələcəyi üçün Körfəzi oda verir"

İsrailli jurnalist Kseniya Svetlova yazıb ki, Netanyahu siyasi gələcəyini təmin etmək üçün İranla başqa bir müharibəyə başlamağa çalışır...

İsrail qəzeti Haaretz-də dərc olunmuş rəy məqaləsində Knessetin keçmiş Xarici İşlər və Təhlükəsizlik Komitəsinin üzvü Kseniya Svetlova yazıb ki, İsrailin Baş naziri Binyamin Netanyahu şəxsi siyasi maraqları naminə İranla yeni bir müharibə başlatmağa çalışır.

Səudiyyə Ərəbistanı: Ər-Riyadın maliyyə mərkəzindəki göydələnə husilərin hücumunda 11 nəfər yaralanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın maliyyə rayonundakı qüllələrdən biri hücuma məruz qalıb, 11 nəfər yaralanıb. Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsinin “X” sosial şəbəkəsindəki açıqlamasına görə, hücumu Yəmənin “Ənsarullah” hərəkatı, yəni husilər həyata keçirib.

İdarənin məlumatına görə, yaralananlardan ikisi Səudiyyə Ərəbistanı vətəndaşı, doqquzu xarici vətəndaşdır: dörd misirli, üç nepallı və iki hindistanlı. Yaralıların vəziyyəti barədə məlumat verilməyib.

Qəzzada 1,76 milyon fələstinli soyuq hava şəraitindən təhdid altındadır

Qəzza hökuməti bildirib ki, yaxın günlərdə bölgəyə yağacaq güclü yağış və soyuq hava çadırlarda yaşayan 1,76 milyon məcburi köçkün fələstinlinin həyatını təhdid edir.

Qəzza hökumətinin Media Ofisinin baş direktoru İsmayıl əl-Səvabitə bidirib ki, Qəzza zolağı yeni humanitar fəlakətlə üzləşir.

Səvabitə vurğulayıb ki, yaxın günlərdə bölgəyə təsir etməsi gözlənilən güclü yağış və soyuq hava çadırlarda yaşayan 1,76 milyon məcburi köçkün fələstinlinin həyatını təhdid edir.

Odessa vilayətinə hücum olub: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Rusiya ordusunun noyabrın 24-də axşam saatlarında Odessa vilayətinə hücumu nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb. Yaralılar arasında 12 yaşlı bir qız da var.

Bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

Onun sözlərinə görə, ölənlər 41 yaşlı kişi və 17 yaşlı yeniyetmədir. Yaralanan digər şəxslərin 50 və 54 yaşlı qadınlar olduğu bildirilir.

Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verib

Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Partiya üzvlərinin yaydığı məlumata görə, iclas şahidlərin dindirilməsi ilə davam edib.

Bildirilib ki, şahidlər arasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev də olub.