22 March 2026

İran müharibəni dayandırmaq üçün 6 şərt irəli sürür

İranın yüksək səviyyəli siyasi və təhlükəsizlik rəsmisi bazar günü “Əl-Məyadin” telekanalına açıqlamasında bildirib ki, bəzi regional tərəflər və vasitəçilər Tehrana müharibənin dayandırılması ilə bağlı təkliflər təqdim ediblər. Lakin İran bu təkliflərə qarşılıq olaraq “ciddi şəkildə nəzərə alınmalı” altı əsas şərt irəli sürüb.

Rəsminin sözlərinə görə, bu şərtlər yeni hüquqi və strateji çərçivə daxilində formalaşdırılıb və münaqişənin dayandırılması üçün əsas baza kimi qiymətləndirilir.

Afrikada aviasiya böhranı: Yanacaq bahalaşır

“Reuters” agentliyinin yaydığı məlumata görə, Afrikada fəaliyyət göstərən aviaşirkətlər təyyarə yanacağının kəskin bahalaşması və təchizat çatışmazlığı ilə üz-üzə qalıb. Bu vəziyyətin əsas səbəbi İran ətrafında baş verən müharibə nəticəsində enerji bazarlarında yaranan qeyri-sabitlikdir.

Aviaşirkətlər artan xərcləri kompensasiya etmək üçün əlavə rüsumlar tətbiq etməyə məcbur qalır, eyni zamanda dəyişkən qiymət şəraitində maliyyə planlaması aparmaqda çətinlik çəkirlər.

İsrailin daha bir F16 qırıcısı vuruldu

İsrailə məxsus F16 qırıcısı SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr şöbəsi açıqlayıb. 

Qeyd olunub ki, müharibənin ilk 3 həftəsində dronlar, qanadlı raketlər, tankerlər və ultra-inkişaf etmiş düşmən qırıcıları da daxil olmaqla 200-dən çox vasitə uğurla vurulub. 

KİV: ABŞ administrasiyası İranla sülh danışıqlarını müzakirə edir

ABŞ administrasiyası İranla mümkün sülh danışıqlarına hazırlıq məsələsini müzakirə etməyə başlayıb.

Bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası müharibənin başlanmasından üç həftə sonra növbəti mərhələni və İranla mümkün danışıqların formatını müzakirə edir.

İranın İsrailin cənubuna endirdiyi raket zərbəsi nəticəsində 7 nəfər ölüb, 47 nəfər yaralanıb

İran İsrailin cənubundakı Dimona bölgəsində raket hücumu  Həyata keçirib. Gecə raket yağışına tutulan ərazidə ən azı 7 nəfərin öldüyü 47 nəfərin isə xəsarət aldığı bildirilir.

Bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Qeyd olunur ki, yaralananlar arasında 10 yaşlı uşaq da var.

İran dövlət televiziyasının məlumatına görə isə, Dimonaya zərbə İsrailin Natanzdakı nüvə obyektinə hücumuna cavab olaraq endirilib.

Britaniya: ABŞ Kiprdəki bazamızdan İrana qarşı istifadə edə bilməyəcək

Daha ABŞ-a Britaniyanın Kipr adasında yerləşən hərbi bazasından İrana qarşı hücumlar hücum istifadə etməyə icazə verilməyəcək.

Bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer Kipr prezidenti Nikos Xristodulidis ilə danışığında bildirib.

Xatırladaq ki, martın əvvəlində Britaniyanın Kiprdəki Akrotiri bazasına pilotsuz uçuş aparatı ilə zərbə endirilib.

Qərbi Şəriədə qarşıdurma davam edir, evlər və maşınlar yandırılır, yaralılar var

İordan çayının qərb sahilində (Qərbi Şəriə) məskunlaşanlar israillilərlə fələstinlilər arasında daha bir münaqişə yaşanıb.

AlJazeera-nın məlumatına görə, Qərbi Şəriəndə evlər və nəqliyyat vasitələri yandırıb, nəticədə yaralananlar var. Eyni zamanda xəbər verilir ki, fələstinlilər də bu qarşıdurmada iştirak edib.