23 February 2026

Netanyahu ad çəkmədi, amma... Orta Asiya türk dövlətləri İsrailə cəlb olunur

Cənubi Kipr və Yunanıstana açılan Orta Asiyadakı türk dövlətlərinin yeni hədəfi İsraildirmi? Yunanıstan və Kipr Respublikası ilə ittifaq sistemi quracaqlarını açıqlayan Netanyahu, ittifaqa "hazırda adını çəkə bilmədiyi bəzi Asiya ölkələrini" də daxil etdiyini bildirdi.

İsrail Baş naziri Benyamin Netanyahu həftəlik kabinet iclasından əvvəl mətbuata açıqlamalar verdi.

Ərəb ölkələri ABŞ səfirinin İsraillə bağlı açıqlamasını qınayıb

Bir sıra ərəb ölkələri ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin İsrailin bütün Yaxın Şərqə sahib ola biləcəyi barədə açıqlamasını qınayıb. 

Hakabi ötən həftə amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib ki, İncilə əsasən, İsrailin bütün Yaxın Şərqi ələ keçirməyə haqqı var, sadəcə olaraq onların hazırda belə bir iddiası yoxdur. 

Açıqlamaya münasibət bildirən Yaxın Şərq dövlətləri isə bunu beynəlxalq hüququn pozuntusu adlandırıblar. 

İmam Hüseyn (ə) Ziyarətgahının evi olmayan xidmətçilərinə Ramazan hədiyyəsi

İmam Hüseyn (ə) Ziyarətgahı tərəfindən Ramazan ayı münasibətilə evi olmayan xidmətçilərə mənzillər təqdim ediləcək.

Məlumata görə, sosial dəstək proqramı çərçivəsində mənzil şəraiti olmayan əməkdaşlar üçün yaşayış evləri ayrılıb. Təşəbbüsün məqsədi xidmətçilərin sosial rifahının yaxşılaşdırılması və onların mənzil probleminin həllinə töhfə verməkdir.

İşğalçılar Nablusda məscidi yandırmağa cəhd etdi

Tel kəndində məscidə hücum

Fələstin Vəqflər Nazirliyinin yaydığı açıqlamaya görə, işğal altındakı İordan çayının qərb sahilində yerləşən Nablus şəhəri yaxınlığındakı Tel kəndində bir məscidə qarşı yandırma cəhdi edilib. Bildirilib ki, israilli işğalçılar kənddə yerləşən Əbu Bəkr məscidinin giriş hissəsini od vuraraq yandırmağa çalışıblar.

Ayətullah Sistani cihad əmri verilə biləcəyi ilə bağlı ABŞ-a xəbərdarlıq etdi

Ayətullah Əli Sistaninin nümayəndəsi İranın İraqdakı səfirinə mesaj çatdıraraq bildirib ki, Ayətullah Xameneinin həyatına hər hansı bir hücum edilərsə, İraqdakı Şiə Müctəhidi cihad əmri verəcək.

İranın İraqdakı səfiri Məhəmməd Kazım Əl-Sadiq ilə görüşlə bağlı Tehrana göndərilən mesajda Ayətullah Əli Sistaninin nümayəndəsi bildirib ki, ABŞ İrana mümkün hücum halında Ayətullah Xameneinin həyatına hər hansı bir hücum edərsə, İraqdakı Şiə Müctəhidi ölkədə yerləşən Amerika qüvvələrinə qarşı cihad əmri verəcək.

XXV Qış Olimpiya Oyunları başa çatdı

İtaliyanın Milan və Kortina şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

Tarixdə ilk dəfə böyük idman mərasiminin bağlanış mərasimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alan tikilidə keçirilib. Mərasim müxtəlif maraqlı çıxışlarla yadda qalıb.

Mərasimin sonunda olimpiya bayrağı tədbirə 2030-cu ildə ev sahibliyi edəcək Fransaya ötürülüb.

“Günahsız qardaşımızı çarpayıya qandallayıb ona işgəncə verilməsinə necə susmaq olar?”

Umbakı qapalı tipli cəzaçəkmə müəssisəsində 16 gün aclıq aksiyası keçirən Tərlan Sayadov, Vəli Abdullayev və Vüqar Əliyev fevralın 18-də aksiyanı dayandırıblar. Həbsxanadan ünvanladıqları məktubda onlar etirazlarının səbəblərini açıqlayıblar.