01 June 2024

Məhkəmə saxlanılan iqtisadçı ilə bağlı həbs qərarı verdi

Bir neçə gün öncə saxlanılan iqtisadçı Fərid Mehralızadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Fərid Mehralızadə barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hədəf və arzulara çatmağın amilləri

İnsan, kamal axtarışında olan varlıqdır. Onun kamala çatması üçün bütün imkanlar ixtiyarına qoyulmuşdur. İnsanın öz hədəf və arzularına çatması üçün lazımlı şəraitlər olmalıdır. İmam Əli (ə) bizlərə bu şərait və amilləri tanıdır.
1. İlahi tofiq.
Hər bir insan bir iş görən zaman Allah tərəfindən olan tofiqə – yolun asanlaşdırılmasına ehtiyac duyar. Əgər İlahi tofiq ona şamil olmazsa, heç bir işi görməyə müvəffəq ola bilməz. İmam Əli (ə) buyurur: “O səy ki, tofiqlə bir yerdə olmaz, fayda etməz”.

İnanclı əməliyyat olunmaq üçün müalicə mərkəzinə köçürülüb

İnanclı Mirtofiq Hüseynov Penitensiar Xidmətin Müalicə mərkəzinə köçürülüb. Bu barədə Mirtofiqin ailəsi məlumat verib. Mayın 30-da xəstəxanaya köçürülən inanclı əməliyyat olunacaq. Saxlanılan zaman ciddi fiziki işgəncələrə məruz qalan Miftofiqin beyin baş travması ilə yanaşı sol qasığında yırtığından əziyyət çəkir. O, artıq 1il 6 aydır ki, karsetlə gəzir. Əməliyyat da qasığda yaranmış yırtıqla bağlıdır.

Müdafiəsi dəf olunan uşaqlar

Həyatı bu dəcəl fidanlar olmadan bir anlıq təsəvvür etmək belə insanda dəhşət yaradır. Hər bir ailənin sevinci, həyat ruhu, sevgi mənbəyi, bir sözlə gözəlliklər dolu aləmi uşaqlardır. İlahinin insana özəl nemət olaraq bəxş etdiyi bu gözəllikləri görüb, duyub yaşamaq bir qəlbi necə səadətə yetirdiyini sözlə ifadə etmək sözün həqiqi mənasında çətindir.

Apellyasiya Məhkəməsi Qarabağ Qazisinin cəzasına baxıb

Mayın 29-da Bakı Apellyasiya Məhkəməsi növbəti Müsəlman Birliyi Hərəkatının (MBH) üzvünün şikayət ərizəsinə baxıb. Məhkəmə Qarabağ Qazisi Alik Aslanovun Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə çıxarılan 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından verilən şikayət əsasında təyin olunub. Hakim Vüqar Həsənov qaldırılan vəsadətləri araşdırıb.

Azərbaycan millisi Türkiyəyə məğlub oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, B Liqasının I qrupunda Türkiyə seçməsi ilə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.

"Ərzincan 13 Şubat" şəhər stadionunda baş tutan matçda yeganə qolu 43-cü dəqiqədə Ebru Topcu komandamızın qapısından keçirib.

İsrailin enerjisini hansı regional hökumətlər təmin edir?

İsrailin enerji ehtiyacının 40 faizi Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) vasitəsilə Azərbaycan tərəfindən təmin edilir. Azərbaycanın Türkiyə üzərindən İsrailə neft ixracını davam etdirməsi ilə bağlı təfərrüatlar ortaya çıxıb.

İsrailin illik neft istehlakının təxminən 40%-nin BTC boru kəməri marşrutu ilə keçdiyi güman edilir.

ABŞ və Böyük Britaniya Yəmənin paytaxtına hücum edib

Yəmən Ənsarullah Hərəkatı ABŞ və Böyük Britaniyanın Yəmənin paytaxtı Sənaya qarşı 6 hava hücumu təşkil etdiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, 6 hava zərbəsi: 3-ü paytaxtın Sebin rayonuna, 2-si Senhan rayonunun Cerban bölgəsinə, 1-i isə Səna Beynəlxalq Hava Limanı yaxınlığında həyata keçirilib.

MBH üzvü cəza müddəti bitdiyi üçün elə məhkəmə zalından da azad edilib

2023-cü ilin 28 martında saxlanılan Fədail Şükürov məhkəmə zalından azad edilib. Bakı Ağlr Cinayətlər Məhkəməsində mayın 31-də inanclının məhkəməsi yekunlaşıb. Məhkəmə Müsəlman Birliyi Hərəkatının (MBH) üzvünün CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Hakim Telman Hüseynov müdafiə tərəfi Fuad Şirinovun təqdim etdiyi sübutları, eyni halda məhkəmə prossesləri zamanı Fədail Şükürovun fikirlərini əsaslı araşdıraraq son qərarı elan edib.