07 March 2024

Hüseyn Abdullayevin həbsinin başa çatmasına 47 gün qalmış barəsində yeni cinayət işi başlanıb

Sabiq deputat Hüseyn Abdullayev barəsində yeni cinayət işi başlanılıb.

Hüseyn Abdullayev CM-in 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılma) maddəsi ilə ittiham olunur.

Hazırda Baş Prokurorluq tərəfindən bu işin istintaqı aparılır.

Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim hökumətlərlə, xalqlarla münaqişəmiz yoxdur, biz zülm və zorakılığa qarşıyıq

Rəhbərlik Ekspertlər Məclisinin üzvləri bu gün səhər saatlarında Ali Dini Rəhbər ilə görüşüblər. Ayətullah Xamenei bu görüşdə deyib: “Bizim hökumətlərlə və xalqlarla özlüyündə heç bir münaqişəmiz yoxdur, biz zülmə, təkəbbürə və təcavüzə qarşıyıq; bu gün Qəzzada şahidi olduğunuz hadisələrə qarşıyıq.”

İranda neft emalı zavodunda partlayış olub

İranın cənubundakı Bəndər Abbas Neft Emalı Zavodunda baş verən partlayışda 2 nəfər yaralanıb.

Aftab Neft Emalı Şirkəti İranın cənubundakı Bəndər Abbasda baş verən hadisə ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada Aftab neft emalı zavodunun sobalarından birinin təmiri zamanı qəza baş verdiyi, can itkisi olmadığı bildirilir.

Hadisə zamanı yaralanan iki nəfərin xəstəxanaya aparıldığı qeyd edilir.

Həmas: İsrail hücumlarını genişləndirmək üçün vaxt qazanmağa çalışır

HƏMAS Hərəkatının Siyasi Büro üzvü Usamə əl Həmdan Qəzza zolağında baş verən hadisələrlə bağlı açıqlama verib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Həmas Hərəkatının Siyasi Büro üzvü Üsamə əl Həmdan paytaxt Beyrutda keçirdiyi mətbuat konfransında Qəzza zolağında baş verən hadisələrlə bağlı açıqlama verib.

MBH üzvü Şamil Abdulləliyev 3 il müddətinə azadlıqdan məhrum edildi

Martın 7-də Müsəlman Birliyi Hərəkatının daha bir üzvü, keçmiş “Nardaran məhbusu” Abdulləliyev Şamil Adil oğlunun məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Şamil Abdulləliyev barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.

"Mançester Siti" və "Real Madrid" 1/4 finalda

“Mançester Siti” və “Real Madrid” UEFA Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb.

Unikal xəbər verir ki, futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniyanın “Real Madrid” klubu Almaniyanın “Leypsiq” klubu ilə 1:1 hesablı heç-heçə edib və turnirin 1/4 finalına yüksəlib.

Çempionlar Liqasının hazırkı qalibi İngiltərənin “Mançester Siti” klubu evdə Danimarka “Kopenhagen”inə 3:1 hesabı ilə qalib gəlib.

Terrorçuluğu maliyyələşdirən azərbaycanlı həbs edildi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abit Mərdanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməllərinə görə həbs edilib.

Bu barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.

Belə ki, Abit Mərdanov terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törətməkdə təqsirləndirilir.

III Respublika Platformasının spikeri Akif Qurbanov və Jurnalist Fərid İsmayılova qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb

Martın 6 da Toplum TV-nin ofisində saxlanılan III Respublika Platformasının spikeri Akif Qurbanov və Jurnalist Fərid İsmayılova Cinayət Məcəlləsinin 206.3.2-(qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.

 Akif Qurbanovun vəkili Şəhla Hümbətova məlumat verərək bildirib ki, onun evində aparılan axtarışlar zamanı heç nə tapılmayıb. Amma III Respublika Platformasının ofisindən 30 min avro pul “aşkarlandığı” bildirilib.

İran ABŞ-ın neft gəmisini ələ keçirib

Epidermoliz bulloz (EB) xəstələrinin qanuni şikayətindən sonra İran Amerikanın neft daşımalarını ələ keçirib.

  Qərb ölkələrinin və xüsusilə ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra bir İsveç şirkətinin Epidermoliz Bulloz (EB) xəstələri üçün lazım olan dərmanların satışının qarşısı alınıb, xəstələrə ciddi fiziki və mənəvi ziyan vurulub.

Epidermoliz bülloz (EB) xəstələri Tehran Beynəlxalq Əlaqələr Mülki Məhkəməsində ABŞ-a qarşı iddia qaldırıb.

Əl-Əqsada təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, müsəlmanlar Ramazanı səbirsizliklə gözləyir

Gələn həftə başlayacaq müsəlmanların müqəddəs Ramazan ayı oruc tutmaq və dualar etmək ayıdır. Bu il Qəzzada müharibənin kölgəsində keçiriləcək bu müqəddəs ayda əsasən İslamın üçüncü müqəddəs məbədi olan Şərqi Qüdsdəki Əl-Əqsa məscidində də olmaqla, emosiyalar hər tərəfdə yüksək səviyyədədir.

Adətən Ramazan ayında Fələstin müsəlmanları bütün günü ac qaldıqdan sonra axşamlar oruclarını birlikdə açır. Ancaq Qəzzada İsrail-HƏMAS müharibəsi fonunda başlayacaq bayram hissi azdır.